Logo

Qüdrət Həsənquliyevdən qanun layihəsi ilə bağlı mühüm təkliflər

Qüdrət Həsənquliyevdən qanun layihəsi ilə bağlı mühüm təkliflər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Məclisdəki “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsində iştirak edən deputat, BAXCP sədri Qüdrət Həsənquliyev layihəyə edilən düzəlişləri təqdir etdiyini bildirib. Deputat qeyd edib ki, bəzi məsələləri ictimai müzakirələr zamanı qaldırıb, lakin onlar nəzərə alınmayıb.

Deputat vurğulayıb ki, Konstitusiyaya görə qanunun geriyə tətbiq olunması mümkün deyil, amma bu məsələ layihədə nəzərə alınmayıb:

“Həmçinin dövlət qulluqçularının siyasi partiyaların üzvü olmaması barədə təklif etmişdim. Hesab edirəm ki, dövlət qulluqçusu heç bir siyasi mənsubiyyəti olmamalıdır”.

Onun sözlərinə görə, siyasi partiya təsisçisinin internet portalı yarada bilmədiyi halda çap mediası yaratmaq hüququ tanınır və bu da məntiqsizdir.

Deputatın sözlərinə görə, bundan başqa, 14-15-ci maddələr, ümumiyyətlə, çıxarılmalıdır:

“Partiyalara göstəriş verilir ki, siz partiyaları necə idarə etməlisiniz. Eyni zamanda qanun layihəsinin müddəalarından belə çıxır ki, mən hansısa şöbə yaratmaq üçün hər dəfə qurultay çağırmalıyam. Xırdalıqlara getmək düzgün məsələ deyil, ona görə də həmin maddələr çıxarılmalıdır”.

Eyni zamanda Q.Həsənquliyev bildirib ki, ölkədə yaşayan etnik qruplara ayrılıqda partiya yaratmaq hüququnun verilməsindən ayrı-ayrı qüvvələr sui-istifadə edə bilər.

BAXCP sədri partiya üzvlərinin telefon nömrələrinin tələb olunmasını da düzgün hesab etmədiyini qeyd edib:

"Heç Nazirlər Kabinetinin heyət üzvlərinin şəxsi mobil telefonları telefon kitabçalarında göstərilmir, ancaq xidməti telefonlar göstərilir. İstənilən şəxs götürüb ayrı-ayrı YAP üzvü olan məmurlara zəng edəcək, YAP bununla bağlı xüsusilə narahat olmalıdır".

Bundan əlavə, Q.Həsənquliyev maliyyələşmə ilə bağlı iradlarını da sadalayıb:

“Ümumən plenar iclasda lehinə səs verəcəyəm. Ümid edirəm ki, bizim təkliflərimiz nəzərə alınacaq”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR