İrəvanda Putin və Lukaşenkonun gəlişinə etiraz aksiyası keçirilib - FOTOLAR
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti ərəfəsində Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyaları keçirilib.
Sfera.az xəbər verir ki, aksiya iştirakçıları Ermənistanın adıçəkilən qurumdan çıxmasına etiraz ediblər.
Noyabrın 23-də İrəvanda KTMT sammiti keçiriləcək, Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenkonun iştirakı gözlənilir. Ermənistanın baş naziri Nikol Paşinyan sədrlik edəcək. Etirazçıların əllərində Putin və Lukaşenkonun portretləri, həmçinin Ukrayna və ABŞ bayraqları olduğu bildirilir. Yayılan videolardan birində avtomobilin Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov tərəfindən “Rusiya, get get!” şüarları ilə qarşılandığı iddia edilir.
Aksiya iştirakçıları əllərində “Putin, Lukaşenko – persona non qrata”, “Rusiya – Ermənistandan çıx!”, “Rusiya düşməndir!” şüarları yazılmış plakatlar tutublar.
KTMT-nin mətbuat xidməti bildirib ki, müzakirə olunacaq mühüm məsələlər arasında böhrana cavab sisteminin təkmilləşdirilməsi və Ermənistana yardımın göstərilməsi üzrə birgə tədbirlər də var. Bəyannamənin qəbul ediləcəyi, bir sıra sənədlərin, o cümlədən sülhməramlı qüvvələrin müasir silah və hərbi texnika ilə təchiz olunmasını nəzərdə tutan sənədlərin imzalanacağı gözlənilir.
Aynil
Sfera.az