Rusiya ilə eyni səhvləri təkrarlamayın - Olaf Şolz 

Rusiya ilə eyni səhvləri təkrarlamayın - Olaf Şolz 

Almaniyanın federal kansleri Olaf Şolz Berlində keçirilən iqtisadi forumda çıxış edərək Avropada enerji böhranının aradan qaldırılması perspektivlərini açıqlayıb.

 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, Olaf Şolz Almaniya və Qərb ölkələrinin Rusiyadan enerji asılılığından dərs çıxarmalı və iqtisadiyyatlarını şaxələndirməli olduğunu vurğulayıb. O, xüsusilə qeyd edib ki, Aİ-nin Çindən asılılığını azaltmağa çalışmaq və Rusiya ilə yol verilən səhvləri təkrarlamamaq lazımdır. Şolz açıq şəkildə bəyan edib ki, avropalıların və Şimali Amerika ölkələrinin bütün iqtisadi şərtlərin ən yaxşısından istifadə edə biləcəyi xoşbəxt dövrlər artıq geridə qalıb.

 

Rusiya-Ukrayna müharibəsi və pandemiyanın nəticələri əsas iqtisadi göstəricilərə təsir etdiyi üçün sabit artım, aşağı inflyasiya və yüksək məşğulluq keçmişdə qalıb. Eyni zamanda, Asiya regionunda, xüsusən də Çin, İndoneziya və Vyetnamda iqtisadi artım nəzərə çarpır. Bu regionlarda bir milyard insan müvafiq alıcılıq qabiliyyətinə malik orta təbəqəyə yüksəlib.

 

Şolza görə bu, inflyasiyanın əsas səbəblərindən biridir. Almaniya kansleri deqlobalizasiyanı təhlükəli və yanlış yol hesab edir. Şolz qeyd edib ki, Almaniya və Qərb ölkələri Rusiya və enerjidən silah kimi istifadə edən Putinin aqressiv siyasətindən dərs alaraq iqtisadiyyatı şaxələndirməli olurlar. Onun sözlərinə görə, Almaniya əvvəl Rusiya qazından asılılıq yaşayıb, ona görə də bu səhv ikinci dəfə təkrarlanmayacaq.

 

Bu o deməkdir ki, hər şeydən əvvəl yeni təchizat mənbələri və bazarlar tapmaqla Çindən asılılıq azaldılmalıdır.

 

Xatırladaq ki, Çin lideri Si Tsinpin və Almaniya kansleri Olaf Şolz arasında görüş zamanı Çin lideri Avropanın ABŞ-dan daha müstəqil olmasını arzuladığını bildirmişdi. Onun sözlərinə görə, Çin Avropa ölkələrinin Pekinlə hazırda izlənilən inkişaf vektorunu saxlamasında maraqlıdır.

 

Qeyd edək ki, Olaf Şolz ötən ay Aİ-nin şərqə doğru genişlənməsinin Avropa ölkələrinin böyük qələbəsi olduğunu vurğulamışdı.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...