Logo

Vilayətinin Azərbaycan mesajının səmimiliyinə inanmaq olarmı? - Açıqlama

Vilayətinin Azərbaycan mesajının səmimiliyinə inanmaq olarmı? - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İranın ali dini rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib ki, əgər Azərbaycana qarşı hansısa hücum olarsa, İran Azərbaycana dəstək göstərəcək. Müşavir İran və Azərbaycanın dost olduğunu, bəzi şəxslərin qərəzli şəkildə böhtan atıb dostluğu pozmaq istədiyini deyib.

Maraqlıdır, müşavirin bu açıqlaması nəyə hesablanıb? Bu mövqe həqiqətən də İran tərəfinin yanaşmasıdırmı?

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə Vilayətinin yazdığı məqalənin heç də İran rəhbərliyinin Azərbaycanla əlaqələrin normallaşdırılmasına hesablanmadığını deyib:

"İran Azərbaycanın varlığına, bütövlüyünə xüsusilə xalqımızın milli kimliyinə düşmən kəsilib. Bu siyasət 100 il bundan əvvəl də olub və bundan sonra da olacaq. Bunu biz bir daha İranın Ali dini rəhbəri Vilayətinin yazdığı məqalədə gördük. O, məqaləsində Azərbaycanı İran və xalqımızı iranlı adlandırır. Onun bu yazısı heç də İran rəhbərliyinin Azərbaycanla əlaqələrin normallaşdırılmasına hesablanmayıb. Bizim üçün Güney Azərbaycan məsələsi strateji siyasət olmalı və bu siyasət Güney Azərbaycanın istiqlaliyyətinə söykənməlidir".

Ekspert SEPAH-ın (red-İran İnqilab Keşikçiləri Korpusu) Azərbaycanı hədəf aldığını bildirib:

"Azərbaycanı təhdid edən SEPAH-ı terror təşkilatı kimi tanımalıyıq. Qərb, başda ABŞ olmaqla SEPAH-ı terror təşkilatı kimi tanıyır. Bizim İranın bu ordu növünü terror təşkilatı kimi tanımaqda hüququmuz var. Çünki SEPAH Azərbaycanda terror-təxribat halları keçirmək üçün daxildə təşkilatlanma işi aparıb. Həmçinin siyasi hakimiyyətin devrilməsini məqsəd qoyaraq məzhəb  hakimiyyətinin qurulmasını hədəfləyib. Ona görə də Azərbaycan hakimiyyəti SEPAH-ı terror təşkilatı kimi tanımali və onun rəsmi şəxslərinə qarşı sanksiyalar tətbiq etməlidir.

Qeyd edim ki, İran dövlət Teleradio verlişlərinə birbaşa SEPAH nəzarət edir. Məhz SEPAH-ın təlimati ilə İran Teleradio və mətbuatında Azərbaycana qarşı düşmənçilik, etnik separatizm və ölkə rəhbərliyini hədəf alan verlişlər və məqalələr yayılır".

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR