Logo

İsrailli nazir Azərbaycana təşəkkür etdi

İsrailli nazir Azərbaycana təşəkkür etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Noyabrın 20-də İsrail Dövlətinin müdafiə naziri Benyamin Qans Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

Bu barədə Sfera.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Telefon danışığı əsnasında tərəflər ikitərəfli hərbi-texniki əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar. İsrailin Müdafiə naziri Azərbaycana səfərini məmnunluqla xatırlayıb.

Benyamin Qans Azərbaycan-İsrail münasibətlərinin dostluq və qarşılıqlı etimada əsaslandığını qeyd edib, Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması qərarına görə təşəkkürünü ifadə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR