Logo

Ermənistanda narkomanların sayı artıb

Ermənistanda narkomanların sayı artıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi halları artıb.

Sfera.az xəbər verir ki, bu barədə ölkənin Narkomaniyadan Müalicə Milli Mərkəzinin direktoru Suren Nazinyan bildirib.

O, qeyd edib ki, 2022-ci il yanvarın 1-nə Narkomaniyadan Müalicə Milli Mərkəzi və narkoloji xidmətlərdə qeydiyyatda olan 7 570 narkotik istifadəçisi var. Onlardan 149-u qadındır. İrəvanda 4 007 nəfər narkoman qeydiyyatdadır, narkotik istifadəçilərindən 114-ü qadındır: “2021-ci ilin əvvəlində bu rəqəmlər bir qədər az idi – 7 100 nəfər, 2020-ci ilin analoji dövründə isə 7 209 olub. Ümumiyyətlə, Ermənistanda narkomaniyadan əziyyət çəkən azyaşlılar da qeydiyyatdadır – onların sayı 6 nəfərdir, biri 14 yaşlı qızdır”.

Qeyd edilir ki, narkotik vasitələrdən istifadə edənlərin 70 %-i 30-50 yaş arasındadır. Narkomanların sayında artım əsasən 18-25 yaş arasında olan gənclər arasında da müşahidə olunur.(Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR