Elon Mask “Twitter”də Trampın geri qaytarılması sorğusuna başladı - FOTO
Amerikalı iş adamı Elon Mask öz abunəçiləri arasında ABŞ-ın keçmiş prezidenti Donald Trampa Twitter hesabını qaytarılması barədə sorğu keçirir.
Sfera.az bildirir ki, Mask müvafiq sorğunu sosial şəbəkədəki şəxsi səhifəsində dərc edib.
Donald Trampın geri qayıtması üçün səsvermə 24 saat davam edəcək. 12 saat sonra sorğuda 9 milyondan çox insan iştirak edib. İstifadəçilərin yarıdan çoxu keçmiş Amerika prezidentinin Twitter səhifəsinə daxil olmasına səs verib. Elon Mask qeyd edib ki, Tramp hesabının taleyi ilə bağlı sorğu saatda təxminən 1 milyon səs toplayır.
Qeyd edək ki, Mask hələ sosial şəbəkəni almamışdan əvvəl ABŞ-ın keçmiş prezidentini “Twitter”ə qaytarmaq niyyətində olduğunu bəyan etmişdi. Maskın fikrincə, keçmiş Amerika liderini bloklamaq səhv addım idi. O qeyd edib ki, ömürlük qadağa yalnız botlara, internet fırıldaqçılarına və spam hesablarına şamil edilməlidir.
Mask həmçinin qeyd edib ki, Donald Tramp üçün yaradılan məhdudiyyətlər siyasətçinin öz fikrini açıq şəkildə ifadə etməsinə mane olmayıb. Eyni zamanda bu addım amerikalıları da məşhur sosial platformadan uzaqlaşdırıb.
Xatırladaq ki, Twitter 2021-ci ilin yanvarında Trampı bloklayıb. Buna səbəb tərəfdarlarının ABŞ Konqresini zəbt etməsi olub. Dayandırılan vaxt siyasətçinin səhifəsini 80 milyondan çox insan izləyib. Buna cavab olaraq Donald Tramp özünün TRUTH Social sosial şəbəkəsini yaratdığını elan edib. Onun sözlərinə görə, yeni sosial platforma istifadəçilərə baxışlarından asılı olmayaraq səs vermək hüququ verib. Bundan sonra Donald Tramp Facebook, Google və Twitterə qarşı iddia qaldırıb.
Siyasətçi qeyd edib ki, adıçəkilən şirkətlər Amerika xalqını susdurmağa və onların fikirlərini boğmağa çalışırlar.
Xatırladaq ki, YouTube nümayəndələri də ABŞ-da prezident seçkilərindən sonra siyasi münaqişə ilə bağlı zorakılıq riski azaldıqda keçmiş liderinin kanalının bərpa olunacağını bildirib.
Aynil
Sfera.az