Boris Conson konfransda çıxışı üçün yarım milyon pul aldı
Kateqoriya məlum deyil
Boris Conson konfransda çıxışı üçün 276 min funt sterlinq (558 000 AZN) pul alıb.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson keçən ay ABŞ-ın Kolorado ştatında Sığorta Agentləri və Brokerləri Şurasının (CIAB) təşkil etdiyi konfransda çıxış etdiyi üçün qonorar alıb.
Bildirilib ki, Consona 8 saat 30 dəqiqəlik iş üçün pul verilib.
Keçmiş baş nazirin isə 32.500 funt-sterlinq (65000 AZN) əməkhaqqı aldığı bildirilir.






