Vardanyanın son açıqlaması hansı məqsədə xidmət edir? – Elxan Şahinoğlunun şərhi
“Vardanyan son açıqlaması ilə hiyləgər gediş etmək istəyir”.
Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. Ekspert Vardaryanın son açıqlamasının pərdəarxası məqamlarından danışıb:
“İlham Əliyevin açıqlamasından sonra Azərbaycanın heç bir rəsmisinin onunla görüşməyəcəyini anlayan Vardanyan bunun əvəzinə Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşə biləcək erməni heyəti formalaşdırmaq fikrinə düşə bilər. Yəni özü görüşlərə qatıla bilməsə də, Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşə biləcək heyətə nəzarət etməyə çalışacaq. Həmin ermənilər müstəqil olmayacaq, Araik Arutunyan və Ruben Vardanyanın təlimatlarını yerinə yetirəcəklər.
Demək belələri ilə də görüş istisnadır. Bütün hallarda Qarabağda separatçıların nəzarətindən və təzyiqindən kənar ermənilərlə dialoq qurmaq mürəkkəb prosesdir”.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Bakının Qarabağda yaşayan ermənilərlə danışıqlara hazır olduğunu, lakin rus xalqından oğurladığı pullarla milyardlar toplamış Vardanyan kimi insanlarla danışmaqdan imtina etdiyini bildirib. Ruben Vardanyan isə buna dərhal cavab verib və deyib ki, İlham Əliyevin Qarabağ erməniləri ilə görüşmək istəyini təqdir edir.
Əzizə