ABŞ Senatının Qafqaz dinləmələri necə keçib?  - Bob Menendez mane olmağa çalışsa da...

ABŞ Senatının Qafqaz dinləmələri necə keçib?  - Bob Menendez mane olmağa çalışsa da...

2022-ci ilin noyabrın 16-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsində ABŞ-nın Qafqazdakı siyasətinin qiymətləndirilməsi üzrə dinləmələr keçirilib.

Nyu-Cersi ştatından senator  Bob Menendezin sədrliyi ilə keçirilən dinləmələrdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi xanım Karen Donfridin və Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerinin məruzələri olub.

 

Məruzələrdə hər iki şəxs ABŞ-la Azərbaycanın və Ermənistanın münasibətərindən, iki ölkə arasında yaranan münaqişədən danışıb.

 

Donfrid bildirib ki, ABŞ Azərbaycana təhlükəsizlik və hərbi məsələlərlə bağlı kömək edir. Onun fikrincə, bu kömək ABŞ-ın milli təhlükəsizlik maraqlarına cavab verir, həmçinin göstərilən kömək Ermənistana qarşı istifadə olunmur.

 

Riker isə qeyd edib ki, ABŞ rəsmilərinin Xankəndiyə getmək, vəziyyətin qiymətləndirilməsi və ya monitorinq aparılmasının mümkün olmadığını bildirib. Buradan belə qənaətə gəlmək olar ki, ABŞ nümayəndələri fransızlar kimi Xankəndiyə Ermənistan üzərindən gedə bilərdi. Amma bunun beynəlxalq hüquq çərçivəsində yanlış addım olduğunu nəzərə alaraq səfər etməyiblər.

 

Riker deyib ki, Minsk Qrupu faktiki fəaliyyət göstərmir, lakin mandatları hələ də qüvvədədir. O, Azərbaycanın Minsk Qrupu ilə daha əməkdaşlıq etməyəcəyini bildirib. Çünki o, qeyd edib ki, rus həmkarı ilə danışmır.

 

Fransızlar isə birtərəfli davrandığına görə Azərbaycan Fransanın vasitəçiliyini məqbul hesab etmir.

 

Riker onu da əlavə edib ki, münaqişənin həlli istiqamətində irəliləyiş var. O, xüsusən son 3 ayda addım-addım irəliləmə əldə edildiyini vurğulayıb.

 

Dinləmələr zamanı diqqəti cəlb edən məqamlardan biri sədrin davranışı olub. Senator Bob Menendez hər fürsətdə Azərbaycanla bağlı müsbət xarakterli fikirlərə müdaxilə edib.

 

Donfridin ABŞ-ın Azərbaycana hərbi və təhlükəsizlik sahəsində dəstəyindən danışarkən Menendez mövzunu dəyişməyə və hərbi dəstəyin kəsilməsinə eyham vururdu.

 

Ümumiyyətlə, dinləmələr zamanı Azərbaycanla bağlı müsbət fikirlərinə görə sədrin Donfrid və Rikara açıq təzyiqi aydın görünürdü.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

4-cü dəfə burun əməliyyatına girəcək

Əməkdar artist Nigar Şabanova yenidən cərrah bıçağı altına uzanacaq.   Sfera.az xəbər verir ki, sənətçi bu barədə özü məlumat verib.   ...

Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə dünyasını dəyişdi - Masallıda FACİƏ

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində dəhşətli hadisə baş verib.   Sfera.az “qafqazinfo.az”a istin...

Kürdə suyun səviyyəsi yüksəldi: Daşqın təhlükəsi… - Rəsmi

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz...

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...