Deputat Ermənistanı Fransanın “küçələrdə qalmış dul bacısı” ADLANDIRDI

Deputat Ermənistanı Fransanın “küçələrdə qalmış dul bacısı” ADLANDIRDI

“Sual oluna bilər, Fransanın Cənubi Qafqazda marağı nədir ki, özünə belə əl qatıb?”.

 

Sfera.az xəbər verir ki, bu sualla millət vəkili Musa Urud çıxış edib. Deputat Makronun ermənipərəst siyasətinin pərdəarxası məqamlarından danışıb:

 

“Fransa doğrudanmı bədbəxt və rəzil durumda küçələrdə qalmış dul bacısı Ermənistan üçün göz yaşları axıdır? Əlbəttə, xeyr! Əvvəla, Fransanın canfəşanlığının səbəbi dünyada aparıcı dövlət kimi nüfuzunun itirilməsinin ört-basdır edilməsi, Minsk qrupunun həmsədri kimi fəaliyyətini yenidən bərpa edərək Ermənistanın vasitəsi ilə bölgədə qalmaq, ən azı, erməni bacılarına, qorxmayın mən də buradayam söyləmək, "Xaçaturun da xəncəri var"-, deyə bilmək istəyidir.

 

İkincisi, Makron hökumətinin bu davranışının səbəbi gələn il Fransada keçiriləcək seçkilərlə bağlıdır. Makron və makronoidlər bu qətnamə ilə erməni lobbisindən seçki kampaniyasına maliyyə dəstəyi əldə etməyi düşünür. Təbii ki, öncədən erməni biznesmenləri ilə masaaltı danışıqları olub və bu danışıqların sonrakı bəndlərini də seçkiyə qədərki dövrdə izləmək təəccüblü olmayacaq”.

 

Deputat fransız məhsullarından imtina edilməli, bəzi şəxslərin Azərbaycana girişinin qadağan etməyin lazım olduğunu deyib:

 

“Qeyri- hökumət təşkilatları fəallıq göstərməli, müxtəlif aksiyalarla Fransa senatına təpki göstərməli, onların ədalətsiz, riyakar qətnamələrini pislədiklərini dünya birliyinə çatdırmalıdır. Türk Dövlətləri Təşkilatına və İslam Əməkdaşlıq Təşkilatına müraciət edərək onları məlumatlandırmalı və Fransa Senatına etiraz məktubu göndərilmələrini xahiş etməliyik. Türk və Azərbaycan diasporlarının güclərini birləşdirmək istiqamətində fəallığımızı artırmaq, xüsusilə Fransadakı diasporamız vasitəsi ilə bu ölkədə yaşayan türk xalqlarının 500 mindən çox olan nümayəndələrinin və 6 milyondan çox müsəlmanın Fransanın antitürk, antimüsəlman siyasətinə qarşı dirənişinə nail olmalıyıq. Fransaya qarşı bütün vasitələrlə təzyiq göstərməyi davam etmək məqsədi ilə Əlcazair parlamenti və höküməti ilə münasibətləri artırmaq, Fransanın Əlcazairdə törətdiyi 1,5 milyonluq insan qətliamını soyqırım aktı kimi tanımaq və qarşılığında Əlcəzairin Xocalı soyqırımını tanıması məsələsini gündəmə gətirməliyik.

 

Fransa Senatında Azərbaycanla əməkdaşlıq qrupunun bir nəfər istisna olmaqla hamısının əleyhimizə olan qətnaməni dəstəklədiyini əsas götürərək Azərbaycan- Fransa parlamentlərarası əlaqələrə yenidən baxmaq lazımdır. Fransanın Azərbaycana və Türkiyəyə düşmən münasibətini dəyişməyəcəyi halda 200 milyonluq türk dünyasının fransız mal və xidmətlərindən imtina edəcəyi bəyan edilməlidir. Qətnaməyə səs verən senatorların adlarını Azərbaycan üçün  arzuedilməz şəxslərin siyahısına salmaq və onların ölkəyə girişinə ömürlük qadağa qoymaq önəmlidir”.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Kürdə suyun səviyyəsi yüksəldi: Daşqın təhlükəsi… - Rəsmi

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz...

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub - FOTO

Mayın 11-də Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi ...