“Qırğızıstan Özbəkistandan 40 il geri qalıb” - Sadır Japarov
Kateqoriya məlum deyil
“Qırğızıstan öz inkişafında qonşu Özbəkistandan 30-40 il geri qalıb”.
Sfera.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu açıqlamanı Qırğızıstan Prezidenti Sadır Japarov verib.
Ölkə prezidentinin sözlərinə görə, müstəqillik dövründə Qırğızıstan hətta kibrit istehsalı üçün zavod tikə bilməyib.
“Özbəkistan tərəfinin rəhbəri yaxşı işləyir. Ona görə də, Özbəkistan bizdən 30-40 il öndədir. Hələ də qışqırmağa davam edirik. Mən təyyarələri, vertolyotları demirəm, 30 il ərzində biz kibrit istehsalı üçün fabrik belə tikməmişik”, - Japarov parlamentdə çıxışı zamanı deyib.
Vasif






