NATO Baş katibindən Polşaya atılan raketlə bağlı KRİTİK AÇIQLAMA: "Günahkar..."
Kateqoriya məlum deyil
“NATO Rusiyanın ona hücum etməyi planlaşdırdığına dair heç bir əlamət görmür”.
Sfera.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Şimali Atlantika Şurasının iclasından sonra bildirib.
O deyib ki, ilkin məlumatalara görə, bu hadisə Ukraynaya aid hava hücumundan müdafiə sisteminin fəaliyyəti nəticəsində baş verib.
“Amma, bu, Ukraynanın günahı deyil. Əsl günahkar Rusiyadır”, - Baş katib söyləyib.
O deyib ki, NATO ölkələri sakitliyi qoruyacaq və Polşadakı hadisə ilə bağlı təmasları davam etdirəcək.
Baş katib vurğulayıb ki, Rusiya bu mənasız müharibəni dayandırmalıdır: “NATO ölkələri həmrəydir. Bütün müttəfiqlərimizi qorumağa davam edəcəyik”.






