\"Polşaya düşən raketin Rusiya tərəfindən buraxılma ehtimalı azdır\" - Bayden

\

ABŞ Prezidenti Cozef Bayden Polşaya düşən raketin Rusiya tərəfindən buraxılma ehtimalının az olduğunu deyib.

 

Sfera.az xəbər verir ki, ABŞ prezidenti Bayden Polşaya raket düşməsindən sonra İndoneziyada dünya liderləri ilə görüşüb. Görüşün ardından jurnalistlərin suallarını cavablayarkən bir jurnalistin “Raketin Rusiya tərəfindən buraxıldığını demək tez deyilmi?” sualına  Bayden “İlkin məlumatlarımız bu nəticəni vermir. Raketin Rusiyadan buraxılma ehtimalı çox azdır” deyə cavab verib.  

 

Yüksək vəzifəli ABŞ rəsmiləri də bildiriblər ki, ilkin tapıntılar Polşaya düşən raketin rus raketinin qarşısını almaq məqsədi ilə atılan “Ukrayna raketi” olduğuna işarədir. 

 

Qeyd edək ki, ötən gün Rusiya kritik infrastrukturu məhv etmək üçün Ukrayna ərazisinə kütləvi raket hücumu həyata keçirib, bundan sonra Polşa-Ukrayna sərhədindən 8 km aralıda yerləşən kənd ərazisinə Rusiya istehsalı mərmi düşüb. Raketin Polşa ərazisinə düşməsi nəticəsində 2 nəfər həyatını itirib və Polşa Milli Təhlükəsizlik Komitəsi təcili toplanaraq “Qoşunların döyüş hazırlığının artırılması” barədə qərar qəbul edib.

 

Sevinc Nəsirli
 


OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşından küsən qadın çökür”

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşından danışıb. Sfera.az xəbər verir ki, “Maqazin plus” yutub layihəsində qonaq olan müğənni on...

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...