Logo

Polşa Rusiyaya NOTA VERDİ

Polşa Rusiyaya NOTA VERDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa XİN-dən məlumat verilib.

Bildirilib ki, Rusiyadan Polşa ərazisinə iki raketin düşməsi ilə əlaqədar rus diplomata etiraz notası təqdim edilib.

Xatırladaq ki, noyabrın 15-də Polşanın Ukrayna ilə sərhəddən 5 km məsafədə yerləşən Pşevodov kəndinə iki raket düşüb. Hadisə nəticəsində 2 nəfər ölüb. NATO üzvü olan Polşanın ərazisindəki partlayışın Rusiyanın ötən gün Ukraynaya genişmiqyaslı hava hücumu ilə əlaqədar olduğu güman edilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR