Logo

Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat qəbul etdi - YENİLƏNİB

Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat qəbul etdi - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Parlamentində Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanat qəbul olunub.

Sfera.az xəbər verir ki, bəyanat yekdilliklə qəbul olunub. Həmin sənəddə deyilir:

Milli Məclis Fransanın  davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq Azərbaycan hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edir:

- Fransa hökuməti tərəfindən birtərəflik təminatı verilməyən qədər, onun Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədər təşəbbüs və fəaliyyətlərdə iştirakına cəlb edilməsinə imkan verilməməsi, bu məsələlərlə bağlı Fransa rəsmiləri ilə hər hansı müzakirənin aparılmaması.

- Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildiyi təqdirdə, onların dondurulması.

- Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişlərini həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi,

- Fransa şirkətlərinin enerji sektorunda Azərbaycan tərəfi ilə əməkdaşlığına yenidən baxılması,

- Azərbaycanla Fransa arasında mövcud olan siyasi, iqtisadi münasibətlərə yenidən baxılması,

- Qoşulmama Hərəkatının sədri kimi Fransanın müstəmləkəçilik, siyasi, insanlıq əleyhinə cinayətlərin və hərbi cinayətlərin beynəlxalq təşkilat çərçivəsində qaldırılması.

- İƏT çərçivəsində Fransanın İslamafobiya siyasətinin məsələsinin gündəliyə çıxarılması.

- Türk dövlətləri təşkilatları çərçivəsində Fransanın türkəfobiya siyasətinin gündəliyə çıxarılması.

***

11:29

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 18 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş).

2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş).

3. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş).

4. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (birinci oxunuş).

5. “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (birinci oxunuş).

6. Vergi Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş).

7. Gömrük Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş).

8. “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

9. “Sosial sığorta haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

10. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

11. Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş).

12. “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

13. Əmək Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş).

14. “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

15. “Büdcə sistemi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

16. “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

17. Milli Məclisin 2023-cü il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsi.

18. Hesablama Palatasının 2023-cü il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR