“Ukrayna qeyri-real şərtlər irəli sürür” - Lavrov
Siyasət
14:25 / 15.11.2022
6484
“Moskva Ukrayna ilə danışıqlardan imtina etmir”.
Sfera.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O, hazırda Ukraynanın sülh üçün qeyri-real şərtlər irəli sürdüyünü vurğulayıb:
“Buna baxmayaraq, Rusiya Kiyevlə danışıqlar cəhdlərini dayandırmaq niyyətində deyil. Biz dəfələrlə prezidentin çıxışları vasitəsilə də təsdiq etmişik ki, danışıqlardan imtina etmirik. İmtina edən tərəf Ukraynadır. Onlar nə qədər ki, belə edəcəklər, danışıqlar aparmaq da bir o qədər çətin olacaq”, - nazir bildirib.
Günay Rəsulqızı