“Bu 30 ildə oxşar telefon danışıqlarının çox şahidi olmuşuq” – Elxan Şahinoğlu

“Bu 30 ildə oxşar telefon danışıqlarının çox şahidi olmuşuq” – Elxan Şahinoğlu

Dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub, iki ölkə arasında münasibətlərdə yaranmış son vəziyyət müzakirə olunub.

 

Maraqlıdır, bu təmaslar Azərbaycan-İran münasibətlərinə hansısa formada təsir edə bilərmi?

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, xarici işlər nazirlərinin telefon söhbəti münasibətlərdəki vəziyyəti normallaşdırmayacaq:

 

“Bu 30 ildə oxşar telefon danışıqlarının, qarşılıqlı səfərlərin, görüşlərin, “dost və qardaşlıq” fikirlərinin çox şahidi olmuşuq. Hətta 1990-cı illərin sonlarında iki ölkənin təhlükəsizlik xidmətləri belə bir razılığa gəlmişdilər ki, bir-birimizə qarşı kəşfiyyat işləri aparılmasın. Nəticə bəllidir. İranla gərginlik istəmədiyimiz halda, Tehran münasibətləri qırılma nöqtəsinə gətirib çıxarıb. Münasibətlərin gərginləşməsinə Tehran rəvac verib, münasibətlərin normallaşması üçün də birinci addımı qarşı tərəf atmalıdır”.

 

Ekspert İranın atmalı olduğu addımlardan da söz açıb:

 

“Birinci növbədə Zəngəzur dəhlizi əleyhinə daima səsləndirdikləri “sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir” açıqlamalarına son verməli, Azərbaycan əleyhinə sərhəddə hərbi təlimlərdən imtina etməli, partlayışlarda “Azərbaycan izi” axtarmaqdan vaz keçməlidirlər. Bütün bunları edəcəklərmi? Çətin...İranda qərar verən və Azərbaycana düşmən gözüylə baxan ali dini liderin ətrafı və SEPAH generallarıdır. Prezident və xarici işlər naziri sadəcə verilən qərarların icraçılarıdırlar. Ona görə də İran xarici işlər naziri telefon söhbətində azərbaycanlı həmkarına verdiyi vədi yerinə yetirə bilməyəcək”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...

İyunda bu tarixlərdə iş olmayacaq - TƏQVİM

İyun ayının qeyri-iş günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respu...