Erməni təxribatları niyə səngimir? - “Paşinyan Ukrayna savaşının bitməsini gözləyir”

Erməni təxribatları niyə səngimir? - “Paşinyan Ukrayna savaşının bitməsini gözləyir”

“Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın diktə etdiyi yeni reallıqları qəbul etsə də, yekun sülh müqaviləsi üçün vaxtın uzanmasını, Rusiya ilə Ukrayna arasında savaşın başa çatmasını gözləyir”.

 

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov son günlərdə sərhəddə artan erməni təxribatlarına münasibət bildirərkən deyib. O, qeyd edib ki, belə bir vaxtda üçüncü güclərin, o cümlədən Parisin mövqeyi İrəvan üçün “nəfəslik” rolunu oynayır:

 

“Ermənistan hələ “dalan”da olduğunu anlamır və alternativlərinin mövcudluğuna inanır. Başqa yolunun olmadığını anlaması üçün isə İrəvana təzyiqlər artırılmalıdır. Rəsmi Bakı İrəvanın hərbi-siyasi müstəvidəki sabotaj cəhdlərinə adekvat cavab verməlidir. Azərbaycanın Ermənistanın havadarları, o cümlədən Fransa ilə normal münasibəti var. Paris və digər Qərb dövlətləri Bakı ilə münasibətlərə xüsusi önəm verirlər, çünki Azərbaycan bu gün əsas regional oyunçudur. Qərb dövlətləri bilirlər ki, Azərbaycanın maraqlarını nəzərə almasalar, onların regiondakı mövcudluqları xeyli çətinləşəcək. Üstəgəl, tərəflər arasında iqtidadi əlaqələr də nəzərə alınmalıdır. Bu mənada Qərb heç bir halda Bakı ilə əlaqələri İrəvana qurban verməz”.

 

Ekspert qeyd edib ki, Azərbaycan Ermənistana təzyiqləri artırarsa, Qərb dövlətləri sonadək qarşı tərəfi dəstəkləməyəcək:

 

“İkinci Qarabağ müharibəsi günlərində olduğu kimi, uzaqbaşı ilk mərhələdə “suları bulandırmağa” çalışacaq, sonra isə reallıqları qəbul etməli olacaqlar. Rəsmi Paris kimi dövlətlər də Bakının qətiyyətini anlayacaqlar. Odur ki, bu cür provokasiyalara son qoymaq və regional maraqlarımızın təmin olunmasından ötrü yeganə yol Ermənistanın sıxışdırılmasıdır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...