\"Tanqonu tək oynamırlar\" – Deputat gərginləşən İran-Azərbaycan münasibətlərindən danışdı

\

İranla münasibətlərin gərginləşməsi fonunda Bakı-Tehran münasibətlərin qırılma nöqtəsinə çatacağı haqda proqnozlar intensivləşməkdədir. Bu ölkə ilə sərhədlərin bağlanması, yaxud İrana səfərlərlə bağlı sərt prosedurların tətbiqi istiqamətində təkliflər səslənir. 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Elman Nəsirov İranın Azərbaycana düşmən ölkələrlə dostluq siyasəti yürütməsinin münasibətlərə təsirsiz ötüşmədiyini deyib:

 

Elman Nəsirov: Sərəncam bir daha sübut edir ki, insanların sosial rifahı  Prezident üçün bir nömrəli məsələdir - AZƏRTAC

“Prezident İlham Əliyev ölkəmizin xarici siyasət kursunu müəyyən edib və burada əsas istiqamət ikitərəfli münasibətlər formatıdır. İkitərəfli münasibətləri yüksək qurduğumuz üçün çoxtərəfli münasibətlərimiz də inkişaf edir. İkitərəfli münasibətlərdə prioritet dostlarla münasibətlərin qurulmasıdır. Bu baxımdan biz İranla münasibətlərin daha da dərinləşməsində maraqlıyıq. Təəssüf ki, bunun qarşılığında İrandan adekvat addımlar görmürük. 44 günlük müharibədə və müharibədən sonrakı dövrdə də Ermənistana dəstək fonunda İranın ermənipərəst mövqeyini müşahidə etdik. Lakin Ermənistan elə ölkələrlə dostluq edir ki, onlar İrana düşməndir. Məsələn, ABŞ, Fransa və s. Bütün bu reallıqları nəzərə aldıqda ortada fərqli mənzərə olmalıdır”.

 

Millət vəkili hazırda iki dövlət arasında gərginliyin yaranmasında əsl səbəbkarın İran İslam Respublikası olduğunu qeyd edib:

 

“Vəziyyət elə həddə çatıb ki, artıq İran KİV-ləri Azərbaycan əleyhinə faəliyyət göstərir, eyni zamanda Azərbaycanla sərhəddə hərbi manevrlər həyata keçirilir. Bundan başqa, İranda azərbaycanlıların yaşadığı ərazilərdə etriaz dalğaları daha amansız şəkildə yatırılır. Bu reallıqlar fonunda belə, Azərbaycan dövləti çox istərdi ki, İranla münasibətlər normallaşsın. Ötən gün Azərbaycan və İran xarici işlər nazirlərinin telefon danışığı müsbət yöndə olub. Lakin gərək İran sözdə dediklərini  əməldə də göstərsin. Əks halda vəziyyət drammatikləşməyə doğru gedir və biz bunda maraqlı deyilik. Çünki qonşularla gərginlik, vəziyyətin pisləşməsi heç bir tərəf üçün yaxşı hal deyil.

 

Belə bir ifadə var – “Tanqonu tək oynamırlar”.  Biz sülhpərvər mövqe nümayiş etdiririksə, İran da buna cavab verməlidir. Hesab edirəm ki, tezliklə İranın hərbi siyasi rəhbərliyi dərk edəcək ki, bu dünyada İranın dostlarının sayı barmaqla sayılacaq qədərdir. Belə vəziyyətdə dostları itirməyə dəyərmi? Hesab edirəm ki, İran bu sual üzərində düşünməli və nəticə çıxarmalıdır". 

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Baləlinin bu qədər pulu hardan qazandığı ÜZƏ ÇIXDI

Meyxanaçı Balaəlinin həmkarları arasında ən imkanlılardan olduğu hər kəsə bəllidir.   Sfera.az titul.az-a istinadən xəbər verir ki, çoxları bu pulun ...

İlham Əliyev Cenni Consonu QƏBUL ETDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 16-da aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “Franklin Templeton” şirk...

“Tarix yazan qəhrəmanlarımız” layihəsi davam edir

Qırmızı Ürəklər Fondu xeyriyyəçilik missiyasına sadiq qalaraq sosial layihələr həyata keçirməyə davam edir. Belə ki, Fond “Tarix yazan qəhrəmanlarımız&rdq...

Faiq Ağayevin qol aksessuarı səs-küy yaratdı - FOTO

Xalq artisti Faiq Ağayevin 5 kiloluq qiymətli qol aksessuarı səs-küy yaradıb.   Sfera.az bildirir ki, o, 2025-ci ilin ilk fotosessiyasını təqdi...

Azərbaycanın xərçəngdən sönən ULDUZLARI... - ADLAR + FOTO

Xəbər verdiyimiz kimi, aktrisa Çimnaz Sultanova bağırsaq xərçəngindən dünyasını dəyişib. Mərhum bu gün dəfn ediləcək. Ümumiyyətlə, istər dünya, istərsə də yerli...

“Kontakt”da dünyaca məşhur OPPO Find X8 seriyası satışa çıxdı

“Kontakt” dünyaca məşhur OPPO Find X8 smartfon seriyasını Azərbaycana gətirdi. Belə ki, bir neçə gün əvvəl Kontakt və OPPO brendinin birgə əməkdaşlı...