Ukrayna ilə danışıqların ilkin şərtinə ETİRAZ: “Bu, qəbuledilməzdir”

Ukrayna ilə danışıqların ilkin şərtinə ETİRAZ: “Bu, qəbuledilməzdir”

“Ukrayna məsələsi ilə bağlı danışıqların ilkin şərtləri, o cümlədən Rusiya qoşunlarının çıxarılması Moskva üçün qəbuledilməzdir”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko Finlandiya xarici işlər naziri Pekka Haavistonun “Ukrayna ilə bağlı istənilən sülh danışıqları yalnız Rusiya bütün qoşunlarını ərazilərdən çıxaracağı təqdirdə baş tuta bilər”, sözlərinə reaksiya verərkən deyib.

 

O, fikirlərini bu cür davam etdirib: “Belə şərtlər təbii ki, qəbuledilməzdir. Prezident də dəfələrlə bildirib ki, biz danışıqlara hazırıq. Amma bu danışıqlarda təbii ki, bölgədəki vəziyyət nəzərə alınmalıdır".

 

O qeyd edib ki, Fransa və Avstriya tərəflərinin Moskva-Kiyev arasında danışıqların zəruriliyi ilə bağlı bəyanatları sadəcə ritorikadır və Rusiya bu istiqamətdə onlardan heç bir diplomatik səy görmür. 

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR