Medvedev rus xalqına SƏSLƏNDİ: “Düşmənləri sevindirməyin!”

Medvedev rus xalqına SƏSLƏNDİ: “Düşmənləri sevindirməyin!”

“Düşmənin sevinməsinə şərait yaratmayın”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Xersondan geri çəkilmə qərarına reaksiya verərkən deyib.

 

O, “Telegram” kanalında bunları qeyd edib:

 

“Ölkəmizin heç bir yerində ərazi suverenliyi anlayışı itməyib. Hər şey evinə qayıdacaq, yəni Rusiya Federasiyasına”.

 

O, əhalini panikaya düşməməyə səsləyib.

 

“Bütün qayğıkeş insanların həyəcan təbili çalması tamamilə başa düşüləndir, amma isterika, panika yox. Uzaq və ya yaxın düşmənə sevinməyə səbəb verməyin. Onlara rus dünyasının böyüklüyünü və sonsuzluğunu xatırlatmalıyıq”, deyə Medvedev əlavə edib.

 

Xatırladaq ki, Ukraynadakı rus hərbi birləşmələrinin komandanı general Sergey Surovikin Rusiyanın müdafiə naziri Sergey Şoyquya Xerson vilayətindəki qoşunları Dnepr çayının sol sahilinə çəkməyi təklif edib. Şoyqu isə bu təkliflə razılaşıb və qoşunların çıxarılmasını əmr edib.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Klinika direktoru arvadını buna görə güllələyib -TƏFƏRRÜAT

Bakıda klinika rəhbərinin arvadını güllələməsinin təfərrüatı məlum olub. Sfera.az  xəbər verir ki, hadisə “Yüksəliş” MTK-nın Yasamal ...

Kanalda batan Dəniz respublika ÇEMPİONU İMİŞ

Ağdaşda su kanalında batan 17 yaşlı gənclə bağlı bəzi detallar məlum olub.   Sfera.az xəbər verir ki, 2008-ci il təvəllüdlü Dəniz Nəsib oğlu Süleyman...

"Qarabağ" Bakıya qayıtdı, Qurbanov isə Belfasta getdi

Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri - “Linfild&rdquo...

Leyla Əliyeva bulvarda fotosərginin açılışında iştirak etdi - FOTO

İyulun 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Dənizkənarı parkda Azərbaycanın təbiətin mühafi...

Əməkdar artist kosmetik prosedurdan sonra görün necə dəyişdi - VİDEO

Əməkdar artist Səlim Abbasovun görünüşü diqqət çəkib.   Sfera.az xəbər verir ki, "Qonaqcanlı" proqramına qatılan skripka ifaçısı saqqalını ...

Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından çıxarıldı

Azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarılıb.   Sfera.az xəbər verir ki, bu barədə "Readovka" "Telegram&q...