Peskov bu suala cavab verməkdən İMTİNA ETDİ: “Qərarı Şoyqu verib”
“Kreml Xerson vilayətini ilhaq etdiyinə görə peşman deyil”.
Sfera.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, Xerson vilayəti Rusiya Federasiyasının subyekti kimi qanunla təsbit olunub və bunu dəyişdirmək olmaz.
Peskov rus qoşunlarının Xersondan çıxarılma qərarına isə münasibət bildirməyib, bununla bağlı bütün sualları Rusiya Müdafiə Nazirliyinə yönləndirib.
“Bu mövzuda əlavə edəcəyim heç nə yoxdur. Geniş şərhlər üçün Müdafiə Nazirliyi ilə əlaqə saxlayın. Qoşunların çıxarılmasını xüsusi hərbi əməliyyat zonasındakı qrupun komandiri Sergey Surovikin təklif edib, qərarı müdafiə naziri Sergey Şoyqu verib. Qərar xüsusi hərbi əməliyyatın gedişinə aiddir və ona görə də, bu barədə şərh verə bilmərəm”, deyə o əlavə edib.
Kremlin sözçüsü həmçinin bildirib ki, Ukrayna hakimiyyətinin danışıqlara hazır olması ilə bağlı hər hansı məlumat yoxdur:
“Kiyev danışıqlar aparmaq istəmir, xüsusi hərbi əməliyyat davam edir”.
Günay Rəsulqızı,
Sfera.az