Lavrovun ÇƏTİN SINAĞI: “Heç kim onunla ünsiyyət qurmaq istəmir”
G20 sammitində iştirak edən ABŞ nümayəndə heyətinin üzvləri, o cümlədən prezident Co Bayden və dövlət katibi Entoni Blinken tədbirdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşməyəcək.
Sfera.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlama verib.
Onun sözlərinə görə, Sergey Lavrov sammit zamanı təcridlə üzləşəcək:
“Çünki digər ölkələrin nümayəndələri Ukrayna hadisələri fonunda Rusiya qrupunun üzvləri ilə ünsiyyət qurmaq istəmirlər”. Ağ Ev rəhbərinin Milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan isə bugünkü brifinqdə mövzu ilə bağlı “Prezident Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə əlaqə saxlamayacaq”, deyə söyləyib.
Xatırladaq ki, G20 sammiti noyabrın 15-16-da İndoneziyada keçiriləcək. Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin sammitdə iştirak etməyəcəyini, Rusiyanı isə tədbirdə xarici işlər naziri Sergey Lavrovun təmsil edəcəyini bildirib.
Günay Rəsulqızı,
Sfera.az