Logo

Azərbaycan və Özbəkistan prezidentləri GÖRÜŞDÜ - YENİLƏNİB

Azərbaycan və Özbəkistan prezidentləri GÖRÜŞDÜ - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub.

Sfera.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

***

17:15

Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilir.

Sfera.az Özbəkistan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, iki dövlət başçısı arasında görüş Türk Dövlətləri Təşkilatının (TDT) sammiti çərçivəsində təşkil olunub.

Görüş zamanı dövlət başçılarının avtomobil, kənd təsərrüfatı, enerji sektoru, kimya və neft-qaz sənayesi sahələrində əməkdaşlıq layihələrini müzakirə etməsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gedib.

Səmərqənddə Prezident İlham Əliyevin Prezident Şavkat Mirziyoyev ilə görüşü olub (FOTO)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR