İran Azərbaycandakı əməliyyatçılarına yüz minlərlə avro pul köçürüb - FOTOFAKT

İran Azərbaycandakı əməliyyatçılarına yüz minlərlə avro pul köçürüb - FOTOFAKT

İran hökuməti Azərbaycandakı əməliyyatçılarına yüz minlərlə avro pul köçürüb.


Sfera.az  "Azad İran" facebook səhifəsinə istinadən xəbər verir ki, İranın "Black Rewards" haker qrupu İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının İranın Azərbaycanda fəaliyyət göstərən əməliyyatçılarının hesablarına baş tutan pul köçürmələrinə dair daxili sənədini yayıb.


Bu, sözügedən qurumun rəsmi blankları ilə İran xarici işlər nazirinin maliyyə və inzibati məsələlər üzrə müavini Məhəmməd Fəthəliyə ünvanlanmış məktublardır.Məktublarda İranın müxtəlif ölkələrdə fəaliyyət göstərən əməliyyatçılarının bank hesablarına yüz minlərlə avro məbləgin köçürülməsi xahiş olunur.


Xüsusilə, 2022-ci ilin yanvar və mart aylarında Bakıya 47.158 və 75.000 avro, Naxçıvana isə 15.083 və 30.000 avro vəsait köçürülüb. Habelə 2022-ci ilin aprelində Bakıya daha 40.000 avro köçürülüb. Eləcə də, həmin tarixdə Moskvaya 40.000 avronun köçürüldüyü qeyd olunur.


Pul köçürmələri İran Milli Bankı tərəfindən həyata keçirilib.

 

Orxan,

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...