Erməni müxalifətinin növbəti FİASKOSU: “Paşinyan gördü ki..”

Erməni müxalifətinin növbəti FİASKOSU: “Paşinyan gördü ki..”

Ötən günlərdə Ermənistan müxalifəti İrəvanın Fransa meydanında mitinq təşkil edib. Mitinq təşkilatçıları imzalanması ilin sonuna qədər nəzərdə tutulmuş Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə qarşı çıxmaq üçün bu addımı atıb.

 

Bununla bağlı Sfera.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, müxalifət bu mitinqə çox böyük ümid bəsləyirdi:

 

“Mitinqdə növbəti dəfə Azərbaycan, Türkiyə, Rusiya əleyhinə şüarlar səsləndirildi. Sülh müqaviləsinin imzalanmasına, sərhədlərin delimitasiya və demarkasiyasına, Zəngəzur dəhlizinə qarşı çıxışlar edildi. Nümayiş erməni kütləvi informasiya vasitələrində geniş işıqlandırıldı, amma həm mitinq iştirakçıları, həm də KİV-in birbaşa reportaj aparan nümayəndələri əsas məsələ haqqında məlumat verməyi unutdular. Bu da mitinqdə iştirak edənlərin sayı idi. Ora toplananların sayı o qədər az idi ki, təşkilatçılar bunu göstərməkdən utandılar. Çünki bu say onların bu və qarşıdakı cəhdlərinin alnmayacağının əyani sübutu idi”.

 

Müsahibimiz Ermənistan müxalifətinin bu dəfə elə ermənilər tərəfindən “sındırıldığını” vurğulayıb:


“Bu mitinqdə daha az adam toplanmasının səbəbi var. Belə ki, əvvəlki mitinqlərdə iştirak edən ermənilərin nəzərəçarpacaq hissəsi artıq Ermənistanı tərk etməyə imkan tapıb. Beləliklə, 5 noyabrda İrəvanda müxalifət qüvvələrinin “Müqavimət” hərəkatının təşkil etdikləri mitinq baş tutmadı. Yəni mitinq təşkilatçıların ümidlərini doğrultmadı. Bu mitinq həm də Paşinyanın mövqelərini gücləndirmək baxımdan əhəmiyyətli oldu. O gördü ki, müxalifət getdikcə zəifləyir. Paşinyanın əleyhinə təşkil olunan mitinq onun işinə yaradı. Millət mitinqə gəlmədi və kütləvi nümayiş deyil, küçə gəzintisi alındı. Xalq növbəti dəfə Köçəryan-Sarkisyan tandeminin əsarəti altına düşmək istəmir. Paşinyan hakimiyyəti, onun yeritdiyi siyasət erməni kütlələri üçün daha məqbuldur, nəinki, ondan əvvəlki prezidentlərin apardığı siyasət”.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...