ABŞ Zelenskiyə TƏZYİQ EDİR: "Putinlə masaya otur və müharibəni bitir"

ABŞ Zelenskiyə TƏZYİQ EDİR:

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov və həmkarı Nikolay Patruşevlə görüşüb.

 

Sfera.az bildirir ki, bu barədə “Wall Street Journal” (WSJ) ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

 

"WSJ" gizli görüşün Ukraynada nüvə silahından istifadəyə qarşı xəbərdarlıq etmək və davam edən münaqişələrin eskalasiya riskini azaltmaq üçün keçirildiyini vurğulayıb.

 

Qəzetə danışan ABŞ rəsmiləri Ağ Evin bu danışıqlara ümidli olmadığını bildirib. Eyni mənbələr pessimist mənzərəyə baxmayaraq, Rusiya ilə əlaqə kanalının yaradılmasının vacibliyinə də diqqət çəkiblər. Digər tərəfdən “Washington Post” ABŞ-ın Rusiya ilə görüş keçirməsi üçün Ukraynaya təzyiq etdiyini yazıb.

 

Qəzet adı açıqlanmayan mənbələrə istinad edərək, ABŞ rəsmilərinin tələbinin Ukraynanı danışıqlar masasına oturtmaq məqsədi daşımadığını vurğulayıb. Sözügedən mənbələrə görə, ABŞ Zelenskiyə təzyiq edir ki, nüvə müharibəsi qorxusunun artması fonunda Putinlə görüşə qoyulan qadağanı ləğv etsin və müharibəni bitirsin.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...