Zelenskidən G-20 sammiti ilə bağlı ŞƏRT: “Əgər Putin ora gəlsə…”

Zelenskidən G-20 sammiti ilə bağlı ŞƏRT: “Əgər Putin ora gəlsə…”

Ukrayna Prezidenti Volodimir Zelenski G-20 sammiti ilə bağlı şərtini açıqlayıb.

 

Sfera.az bildirir ki, o, noyabrın ortalarında İndoneziyanın Bali adasında keçirilməsi gözlənilən tədbirdə Rusiya lideri Vladimir Putinin olacağı təqdirdə iştirak etməyəcəyini deyib.

 

Zelenski bildirib ki, Putinlə danışacaq heç nəyi yoxdur:

 

“Əgər Rusiya lideri Vladimir Putin G-20 sammitində iştirak etmək qərarına gəlsə və orada güc nümayişi etdirsə, mən o sammitdə iştirak etməyəcəyəm. Bu münasibət təkcə mənə deyil, bütün Ukrayna xalqına aiddir”.

 

Bundan öncə ABŞ Prezidenti Co Bayden də bəyan edib ki, Putin sammitdə iştirak etsə, onunla ikitərəfli danışıqlar aparmayacaq. G-20-də iştirakı ilə bağlı qəti qərar vermədiyini bildirən Putin isə son günlər Qərb ölkələrinə “Gəlin, Ukrayna böhranını həll edək” mesajını verir.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...