“Əvvəlcə Asim Mollazadənin özü psixoloji testdən keçsin...” – Partiya sədrlərindən  ETİRAZ

“Əvvəlcə Asim Mollazadənin özü psixoloji testdən keçsin...” – Partiya sədrlərindən  ETİRAZ

Millət vəkili  Asim Mollazadə yeni təsis edilmiş partiyaların rəhbərlərinin psixoloji testdən keçməli olduğunu deyib.

 

Deputat parlamentdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair dinləmələrdə bu testin sonradan yaranacaq fəlakətlərin qarşısının alınması üçün lazım olduğunu bildirib.

 

Sözügedən təkliflə bağlı Sfera.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı Asim Mollazadənin özünün testdən keçməli olduğunu düşünür:

 

“Əgər bu təklif partiya sədrlərinin psixoloji testdən keçirilməsi üçün nəzərdə tutulubsa, o zaman həm yeni, həm də köhnə partiyaların sədrləri testdən keçirilməlidir. Əvvəlcə Asim Mollazadə özü psixoloji testdən keçsin, nəticələri ortaya qoysun, sonra təklif irəli sürər. Bu, əsassız, mənasız, söz xətrinə deyilmiş sözdür. Çünki hətta Azərbaycanın seçki qanunvericiliyində parlamentin özünə keçirilən seçkilərdə belə namizəddən psixoloji test istənilmir.

 

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Hazırkı vəziyyətdə Asim müəllim parlamentdə təmsil olunur və deputatdır, qanun yaradıcılığında iştirak edir, qərarlar qəbul edir. Onun psixoloji vəziyyətini testdən keçiriblər? Gündəm dəyişmək, söz xətrinə söz demək lazım deyil. Seçki qanunvericiliyində müəyyən qədər boşluqlar var, danışılmalı, müzakirə aparılmalı məsələlər var, bunlardan danışmaq lazımdır”.

 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə deputatın təklifi ilə bağlı Ədliyyə Nazirliyinin münasibət bildirməli olduğunu deyib:

 

Sərdar Cəlaloğlu haqqında yayılanları TƏKZİB ETDİ (YENİLƏNİB)

 

“Gərək buna Ədliyyə Nazirliyi cavab versin ki, psixoloji testlərə ehtiyacı olan adamları qeydiyyatdan keçirib, ya yox? Məncə, bu, tamamilə uğursuz təklifdir. Azərbaycan siyasəti üçün yolverilməz bir müzakirələrdir. Düşünürəm ki, bu müzakirələr cəmiyyətimiz haqda yanlış təsəvvürlərin formalaşmasına səbəb ola bilər. Bu təklif düşmən qüvvələrin bu cür düşünülməmiş fikirlərdən ölkəmizə qarşı təbliğatda sui-istifadəsinə gətirib çıxara bilər”.

 

Sevinc Nəsirli


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...