“İran səfiri Azərbaycan XİN-ə çağırılacaq və...” - Açıqlama

“İran səfiri Azərbaycan XİN-ə çağırılacaq və...” - Açıqlama

Dövlət Təhlükəsizliyi Xidmətinin İran kəşfiyyatının nəzarəti altında yaradılmış və Azərbaycana qarşı olan qanunsuz silahlı birləşməni ifşasından sonra Azərbaycan tərəindən atıla biləcək addımlar, Azərbaycan-İran diplomatik münasibətlərinin bundan sonrakı vəziyyəti suallar yaradır.

 

Mövzu ilə bağlı Sfera.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev baş verənlərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin ortaya mövqe qoyacağını bildirib:

 

"Yəqin ki, Xarici İşlər Nazirliyi bəyanat yayacaq. Əgər gərginlik davam edərsə, təbii ki, burada müxtəlif addımlar ola bilər. Məsələn, səfirliyin şüar gətirən diplomatı, yaxud səfirliyin digər işçiləri ilə bağlı ölkədən çıxarılma qərarı veriləcək. Lakin bu, sərt addım olaraq nəzərdə tutulur. Düşünürəm ki, məsələ hələlik danışıqlar səviyyəsində həll edilməyə çalışılacaq”.

 

Müsahibimiz İran tərəfinin bu məsələ ilə bağlı rəyinin önəmli olduğunu da sözlərinə əlavə edib.

 

“İndi çox şey İran tərəfinin reaksiyasından asılıdır. Adətən belə hadisələr olanda səfir Xarici İşlər Nazirliyinə çağırılır, ona etiraz bildirilir. Odur ki, səfir Seyid Abbas Musəvi nazirliyə çağırılaraq ona Vyana Konvensiyasını pozması və qeyri-qanuni fəaliyyətlə məşğul olması xatırladıla bilər", F.Şəfiyev diqqətə çatdırıb.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Ad günündə ölən Çimnaz Sultanovanın illər öncəki MÜSAHİBƏSİ - "Qəbirdən çıxış yoxdur"

Sfera.az bu gün, doğum günündə bağırsaq xərçəngindən dünyasını dəyişmiş aktrisa Çimnaz Sultanovanın 2022-ci ildə kulis.az-a verdiyi müsahibəni təqdim edir. &...

Qəzza ilə bağlı razılaşmanın detalları bəlli oldu

HƏMAS və İsrail girovların azad edilməsi və Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər. Atəşkəs razılaşması yanvarın 19-dan qüvvəyə m...

Ermənistan XİN uydurma açıqlamalar verməklə məşğuldur - Rəsmi Bakı

Ermənistanın hazırkı Xarici İşlər Nazirliyi öz sələflərinin təcrübəsini davam etdirərək, uydurma açıqlamaların verilməsi ilə məşğuldur.   Sfera.az&nb...

Azərbaycanda vəzifəli şəxs maşında vəfat etdi

Gəncədə vəzifəli şəxs avtomobildə infarkt keçirərək ölüb.   Sfera.az "Report"a istinadən məlumat verir ki, 1978-ci il təvəllüdlü Şirin...

Virus şagirdlərin dərsə davamiyyətinə təsir edib?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi son vaxtlar uşaqlar arasında kəskin respirator virus infeksiyalarına yoluxma ilə əlaqədar təhsil müəssisələri...

Rusiya İstintaq Komitəsi Aktau qəzası ilə bağlı ekspertiza təyin etdi

Rusiyanın İstintaq Komitəsi “Azərbaycan Hava Yolları” QSC-nin reysinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı kompleks məhkəmə-tibbi ekspertiz...