Putin niyə “hər şeyi razılaşdlıra bilmədik” dedi? – Plan nə idi, nəticə nə oldu?

Putin niyə “hər şeyi razılaşdlıra bilmədik” dedi? – Plan nə idi, nəticə nə oldu?

Soçidə keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti Vladimir Putin "hər şeyi razılaşdıra bilmədik" açıqlaması ilə çıxış edib.

 

Maraqlıdır, Putinin görüşdən öncə Kreml sahibinin əsas niyyəti nədən ibarət idi və bu narazılıq hansı ölkə lideri ilə görüşdən sonra yarandı?

 

Məsələ ilə bağlı Sfera.az-a danışan millət vəkili Cavid Osmanov Prezident İlham Əliyevin sözügedən görüşdən uğurlu çıxdığını diqtə edib:

 

"Soçidə keçirilən üçtərəfli görüş əvvəlcədən proqnozlaşdırıldığı qədər gərgin atmosferdə keçdi. Görüşdən öncə Ermənistan tərəfindən növbəti təxribatların törədilməsini gördük. Birincisi, Xankəndidə süni qaydada Ermənistanın digər ərazilərindən gətirilmiş ermənilər vasitəsilə mitinq təşkil olundu və onlar bildirdilər ki, Azərbaycanın tərkibində yaşamaq istəmirlər. Onlar bununla görüş öncəsi təzyiq göstərmək istəyirdilər. Ermənistanın hakim partiyasının iclasında Nikol Paşinyan da bir sıra absurd açıqlamalar vermişdi. Xüsusi qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı və diplomatik məharəti nəticəsində  Azərbaycan növbəti dəfə diplomatik uğur qazandı. İlham Əliyev Rusiya prezidenti ilə görüşündə münaqişənin iki il əvvəl həllini tapdığını və bitdiyini səsləndirdi. İstər Soçi görüşündən əvvəl  “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirilən fikirlər, istərsə də Xankədi mitinqində səsləndirilən şüarlar təzyiq forması idi və nəticəsiz qaldı. Rusiya prezidentinin "münaqişəni həll etmək vaxtıdır" sözlərinə Azərbaycan liderinin diplomatik cavabı ölkəmizə qarşı hazırlanmış Soçi planının alt-üst etdi".

 

C.Osmanov Rusiya dövlət başçsının yekun fikrini isə belə şərh edib:

 

"İmzalanmış sənəddə də Qarabağ ifadəsi yer almayıb. Bu, bir daha göstərdi ki, Prezidentin milli maraqlara uyğun göstərdiyi siyasət öz nəticəsini verdi. Burada prioritet istiqamət Azərbaycan tərəfindən təqdim olunmuş beş baza prinsip üzərində formalaşmışdı. Düşünürəm ki, Rusiya prezidentinin yekunda səsləndirdiyi fikir də bunu təsdiqləyir. Bu günə qədər 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bəzi maddələri Ermənistan tərəfindən icra olunmayıb. Rusiya Ermənistana təzyiq göstərməlidir ki, imzalanmış üçtərəfli bəyanatda Ermənistanın öhdəliyində olan maddələr icra olunsun. Ümumilikdə üçtərəfli görüş sülhə gedən yolu bir qədər də yaxınlaşdırmış oldu".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...