“Qərbi və İranı əldə saxlamalıyıq” – Erməni politoloq

“Qərbi və İranı əldə saxlamalıyıq” – Erməni politoloq

"Qarabağ mövzusuna görə Ermənistanın Qərbi və İranı əldə saxlaması hava və su kimi vacibdir".

 

Sfera.az erməni mediasına istinadən xəbər verir ki, bunu erməni politoloq Njde Hovsepyan öz Facebook hesabında bildirib. O, Ermənistanın ətrafına yeni fiqurlar toplamalı olduğunu qeyd edib:

 

“Bir tərəfdən ABŞ-ın fəaliyyətinə zidd olaraq ötən günkü danışıqların demək olar ki, qeyri-substant xarakterini, digər tərəfdən isə Rusiyanın mövcudluğunun həddindən artıq vurğulanmasını nəzərə alsaq, xüsusilə Qərb üçün son dərəcə çətin olacaq. Təbii ki, bu o demək deyil ki, Rusiya istiqaməti rədd edilməlidir. Ermənistan regionun sahiblərinin konyuktur qərarlarından tam asılı olmamaq üçün diversifikasiyanı təmin etməlidir, belə demək mümkünsə, sövdələşmə fiqurları toplamalıdır".

 

Xatırladaq ki, ötən gün Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında görüş keçirilib. Soçidə keçirilən üçtərəfli görüşdən sonra Prezident Əliyev, Putin və Paşinyanın birgə bəyanatı yayılıb.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR