Deputatdan SENSASİON açıqlamalar-Rusiyaya sərt mesajlar, Türkiyəyə çağırışlar

Deputatdan SENSASİON açıqlamalar-Rusiyaya sərt mesajlar, Türkiyəyə çağırışlar

Qüdrət Həsənquliyev: “Biz Rusiya ilə dostluq münasibətlərini yüksək qiymətləndirdiyimiz kimi, Rusiya da Azərbaycanla münasibətləri qiymətləndirməyi bacarmalıdır”

 

“Türkiyə Azərbaycana öz dövlət sərhədlərini Laçında nəzarətə götürməyə, Xankəndində dövlət suverenliyini bərpa etməyə kömək etməlidir”

 

Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev bu günlərdə mətbuata verdiyi müsahibədə Rusiya rəhbərliyinin mövqeyini kəskin tənqid etdi. Bildirdi ki, Rusiya ilə dostluğa, onu Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində ədalətli qərarlar qəbul etməyə inandırmağın mümkünlüyünə inanan bir şəxs kimi böyük təəssüf hissi keçirib. Son illərdə elə “Yeni Müsavat”a müsahibələrində dəfələrlə Rusiya ilə açıq danışmağın, onun inandırmağı zəruriliyindən bəhs edən Q.Həsənquliyev bildirib ki, Putin Rusiyanın Ukraynaya təcavüzündən sonra ikinci böyük səhvini etdi:

 

 “Həm də sübut etdi ki, həm o, həm də müasir Rusiya dövləti istənilən vaxt sözünün və imzasının arxasından asanlıqla qaça bilər. Artıq əminliklə qəbul etmək olar ki, Rusiyanın imzaladığı sazişlərin dəyəri onun üzərinə köçürüldüyü kağız parçasından da dəyərsizdir”.



BAXCP sədrinin mövcud durumla bağlı mövqeyi səbəbsiz deyil. Son zamanlar Rusiyanın informasiya məkanında anti-Azərbaycan fəaliyyəti ona gətirib çıxartdı ki, rəsmi Bakı Moskvaya etiraz notası ünvanladı. Rusiya prezidentinin son çıxışlarında Azərbaycanın ərazi bütövlüyü və Ermənistanın məlum razılaşmaları, öhdəlikləri icra etməməsi ilə bağlı birmənalı fikirlər söyləməməsi haqlı etirazlara rəvac verib. BAXCP sədri ilə bu və digər mövzularda danışdıq:

 

- Qüdrət bəy, Azərbaycan qarşıdakı Soçi görüşündə Rusiyanın planı əsasında, yəni gələcəkdə Qarabağda yaşayan ermənilərin statusu müəyyən olunana qədər, indiki status-kvonu  saxlamaq şərtilə, Ermənistanla sülh sazişi imzalaya bilərmi?

 

- Bu, qətiyyən mümkün deyil. Əvvəla, indiki status-kvo Ermənistanla Laçın dəhlizi ilə birləşmiş müstəqil “artsax respublikası” deməkdir. Həm də Azərbaycan Respublikasının Prezidenti dəfələrlə vurğulayıb ki, Qarabağda yaşayan ermənilərə heç bir status verilməyəcək. Putin  hakimiyyətdə olduğu dövrdə heç vaxt, “Valday” klubundakı son çıxışına qədər, Azərbaycanın ərazi bütövlüyü məsələsini açıq formada şübhə altına almamışdı. Əksinə, Qarabağın Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisi olduğunu vurğulamışdı.


OXŞAR XƏBƏRLƏR

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...