Qardaş Türkiyə Cümhuriyyəti 99 YAŞINDA 

Qardaş Türkiyə Cümhuriyyəti 99 YAŞINDA 

Bu gün Türkiyə Cümhuriyyət (Respublika) bayramını qeyd edir. 


Sfera.az xəbər verir ki, 1925-ci ildən başlayaraq hər il oktyabrın 29-u Türkiyədə dövlət bayramıdır. 


1923-cü ilin oktyabrında Türkiyədə respublika elan edildi. Respublikanın elanından sonra ölkənin ilk prezidenti Mustafa Kamal Paşa (Atatürk) seçildi. Türkiyə Böyük Millət Məclisinin qərarı ilə 1925-ci ildən isə respublika günü davamlı şəkildə Türkiyədə və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd olunur. 


Türkiyə respublikanın elanından 99 il ötür. Ötən müddətdə müxtəlif çətinliklərlə və sıxıntılarla qarşılaşan qardaş ölkə son 20 ildə öz müstəqilliyini daha çox gücləndirib. 


Türkiyə dövlətinin güclənmsində 2002-ci ildə iqtidara gələn və 20 ildir ki, ölkəni idarə edən Ədalət və İnkişaf Partiyasının, onun lideri Rəcəb Tayyib Ərdoğanın xidmətləri xüsusidir.

 

Yarandığında aqrar ölkə olan, əsas məhsullarını, o cümlədən hərbi təyinatlı vasitələri idxal edən Türkiyə hazırda güclü emal sənayesinə malik olan, hərbi təyinatlı məhsullarla, silahlarla öz ehtiyacının 70 faizini ödəyən dövlətdir.


Türkiyə indi daha güclü, regionunda böyük söz sahibi olan dövlətə çevrilib.


Türkiyənin güclənməsi Azərbaycanın təhlükəsizliyinin təmin edilməsində, 30 il işğal altında qalan torpaqlarının azad edilməsində mühüm rol oynayıb.

 

2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gündən sonra böyük qələbə ilə başa çatan Vətən müharibəsində (II Qarabağ savaşı) Azərbaycan güclü Türkiyənin böyük dəstəyini gördü. Bu baxımdan Türkiyənin güclənməsi Azərbaycanın da güclənməsi deməkdir. 


İki qardaş ölkə arasında əlaqələrin inkişafı gələcəkdə regionumuzda Türkiyənin və Azərbaycanın mövqeyinin bir qədər də möhkəmlənməsinə xidmət edəcək.  

 

 

 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR