Putinin hədəsindən sonra Paşinyan rus dilində paylaşım etdi - MƏTN

Putinin hədəsindən sonra Paşinyan rus dilində paylaşım etdi - MƏTN

Rusiya prezidenti Vladimir Putinin dünən keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun 19-cu iclasının plenar iclasında Ermənistanın Qarabağ məsələsində mövqeyini tənqid edən açıqlamaları Paşinyanı hərəkətə keçməyə sövq edib.

 

Sfera.az bildirir ki, Putinin “Ermənistan öz yolunu seçdi, vəziyyət aydındır” açıqlamasından sonra Ermənistanın baş naziri sosial media hesabında rus dilində paylaşım edib. O, Rusiyanın Soçidə təqdim etdiyi prinsipləri qəbul etməyə hazır olduqlarını qeyd edib. Paşinyan “Tvitter” hesabında bəyan edib ki, Ermənistan Rusiyanın təklif etdiyi prinsiplər əsasında Azərbaycanla razılaşma əldə etmək üçün işləməyə razıdır.

 

“Sentyabrın əvvəlində Ermənistan Rusiya Federasiyasının təqdim etdiyi Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması üçün əsas prinsiplər əsasında işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya da bu sazişi dəstəkləyəcək”, deyə Nikol əlavə edib.

 

Xatırladaq ki,  Putin dünənki çıxışında  “Biz uzun illərdir ki, erməni tərəfi ilə dialoq aparırıq və Qarabağla bağlı məsələnin həllini təklif etmişik”, deyə söyləyib. Onun sözlərinə görə, Ermənistan faktiki olaraq Azərbaycanın 7 rayonuna nəzarət edirdi.

 

“Rusiya tərəfi münasibətləri normallaşdırmaq üçün onsuz da məskunlaşmamış 5 rayondan imtina etməyi təklif edib. Bundan sonra Moskva hansısa mərhələdə hesab edirdi ki, Azərbaycan tərəfi ilə razılaşmaq, qalan 2 rayonu Qarabağla ünsiyyət naminə saxlamaq olar. Biz inanırdıq ki, bu, ədalətli olardı, bu, bütövlükdə regionda vəziyyətin normallaşması istiqamətində yaxşı addım sayılardı”, - Putin bildirib.

 

Rusiya lideri qeyd edib ki, Ermənistan rəhbərliyi təklifə məhəl qoymayaraq öz yolu ilə gedib və bu, hazırda yaranmış vəziyyətə gətirib çıxarıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera.a...

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...