Yeni texnologiyalar kəşfiyyat mübarizəsinin əsas alətidir

Yeni texnologiyalar kəşfiyyat mübarizəsinin əsas alətidir

“Böyük Britaniya kəşfiyyatının son hesabatına görə, Rusiyanın Ukraynaya qarşı təcavüzü beynəlxalq aləm üçün ciddi təhlükə yaratsa da, Çinin müxalif fikirlərə nəzarət etmək üçün texnologiyalardan istifadəni genişləndirməsi və peyk sistemlərinə hücumları, o cümlədən rəqəmsal valyutalara nəzarət etmək və fərdləri izləmək qabiliyyətinin artması daha dərin problemlər yaradıb”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib:

 

“Çin kəşfiyyat texnologiyalarını daima modernləşdirir. Pekin bu vasitələrlə həm iqtisadi cəsusluq imkanlarını artırıb, həm də Çində özgəfikirliyə qarşı mübarizəni genişləndirib. Qərb ölkələri informasiya texnologiyalarından elmi-texniki tərəqqi məqsədilə istifadə edərkən, Çin bundan rəqiblərinə qarşı istifadə edir. Pekin bu sahədə xeyli irəliləyib. Pekin başqalarının səhvlərini öyrənir, müdafiəni gücləndirir və hücumlara hazırlaşır, bir gün bunlardan Tayvanın ələ keçirilməsi üçün istifadə ediləcək”.

 

Müşahidəçilər Britaniya kəşfiyyat xidmətinin 30 illik veteranı olan Ceremi Fleminqin nadir hallarda ictimaiyyət qarşısında çıxış etdiyini bildirirlər. Ancaq təhlükənin miqyası o qədər böyükdür ki, o mövcud vəziyyəti ictimaiyyətlə bölüşmək qərarına gəlib. Ceremi Fleminq Ukraynaya qarşı işğalçı müharibəni nəzərdə tutaraq Rusiyanı “hərəkətlərində gözlənilməz olan pozucu” kimi təsvir edib, müasir texnologiyalara malik Çinin isə daha təhlükəli olduğunu vurğulayıb. Həqiqətən Ukraynaya qarşı müharibə göstərir ki, Rusiyanın imkanları məhduddur, ordu texnologiyalarla zəif təchiz olunub. Rusiyadan fərqli olaraq Çin öz ordusunun və kəşfiyyat xidmətinin müasir texnologiyalarla təchizatını gücləndirib. Pekin texnoloji üstünlüyə malikdir”.

 

Turan Rzayev                         


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...