Azərbaycanda qəzaya düşən Binəli Yıldırım və Şamil Ayrımın son durumu AÇIQLANDI
Siyasət
11:10 / 27.10.2022
6532
Azərbaycanda səfərdə olarkən yol qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırımın və partiyanın istanbullu deputatı Şamil Ayrımın son durumu açıqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay Twitter hesabında yazıb.
"İkisini də çox yaxşı gördük, şükür. Bir daha ən xoş arzularımı yetirir və tezliklə sağalmağınızı arzulayıram", - F. Oktay bildirib.
Turan Rzayev,
Sfera.az