Baş nazir olmaq istəmirdi, içki aludəçisi idi... - Britaniya hökumətinin yeni başçısı ilə bağlı İLGİNC FAKTLAR
Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak dünya mediasının maraq obyekti olmaqda davam edir.
Sfera.az bildirir ki, baş nazirin maraqlı vərdişləri və onunla bağlı bəzi naməlum faktlar isə təəccüb doğurub.
Belə ki, 42 yaşlı gənc baş nazirin həyatdan zövq alaraq yaşadığı vurğulanıb. Futbola olan həvəsi ilə tanınan Sunak həm də kriketlə maraqlanır. Filmlərə baxmaq isə onun ən böyük hobbilərindəndir. Rişi Sunak həm də şəkərli qidaları çox sevir, hətta asılılıq dərəcəsində. Bir zamanlar baş nazir ikiqat şokoladlı tort və peçenye yeməyi o qədər artırıb ki, həkimi ona bu vərdişlə mübarizə aparmağı və müxtəlif idman məşqləri etməyi tapşırıb. Sunak zamanla bu vərdişini cilovlaya bilib.
Britaniyanın yeni baş naziri ilə bağlı ən maraqlı faktlardan biri odur ki, o, heç vaxt baş nazir olmaq istəməyib. 2020-ci ildə baş nazir vəzifəsini icra edən Boris Conson ilə işləyərkən Sunakdan baş nazir olmağa razı olub-olmadığı soruşulub. Sunak isə "Aman tanrım, yox, qətiyyən yox.. Baş nazirin nə ilə məşğul olduğunu görəndə bunu heç düşünə bilmirəm”,- söyləyib. Ancaq bu açıqlamadan 2 il sonra o, baş nazirliyə namizəd olub və sonda qalib gəlib.
Rişi Sunakın həyatda imtina edə bilməyəcəyi bir şey var. İki övladı olan baş nazir kola aludəçisidir və hətta buna görə, diş sağlamlığı ilə bağlı problemlərinin olduğunu açıqlayıb. Bir neçə il əvvəl getdiyi məktəbdə iki gənclə söhbət edən Sunak kola sevgisi barədə bunları deyib:
“Bu içkini o qədər sevirəm ki, hər yerdən kola naxışlı əşyalar yığıram. Dadını ən çox sevdiyim kola isə Meksikada istehsal olunandır. Əgər Meksikada və ya ABŞ-ın cənub ştatlarında olsanız, sınayın. Ancaq həftədə yalnız bir dəfə, yoxsa mənim kimi yeddi dəfə müalicə almalı olacaqsınız”.
Günay Rəsulqızı,
Sfera.az