“Putin bilir ki, Paşinyana təlimat Ağ Evdən gəlib” – Ermənistan KTMT-dan çıxır?

“Putin bilir ki, Paşinyana təlimat Ağ Evdən gəlib” – Ermənistan KTMT-dan çıxır?

Ermənistanda “KTMT-dən çıxmaq uğrunda birlik” adlı təşəbbüs qrupu Ermənistan parlamentinin sədri Alen Simonyana “Ermənistanın təhlükəsizlik məsələləri” mövzusunda parlament dinləmələrinin təşkili təklifi ilə müraciət göndərib. Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

 

Müraciət Xarici əlaqələr, Müdafiə və təhlükəsizlik, dövlət-hüquq məsələləri, Regional və Avrasiya inteqrasiyası, İnsan hüquqlarının müdafiəsi və ictimai məsələlər daimi komissiyalarının rəhbərlərinə də ünvanlanıb.

 

Müraciətdə bildirilir: “Bu gün Ermənistan vətəndaşlarını ən çox təhlükəsizlik və müttəfiqlik münasibətlərinin cari və gələcək baxışı narahat edir, ona görə də biz bu müzakirəni zəruri hesab edirik”.

 

Ermənistan KTMT-dən çıxacağı təqdirdə nələri itirib nələri qazana bilər?

 

Sualımızı cavablandıram politoloq, “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri Elçin Xalidbəyli Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ və Qərb Ermənistan üzərindən Rusiyaya qarşı regional planlarını reallaşdırmağa çalışır. Artıq Kreml də ABŞ və Qərbin Ermənistanda fəallaşmasının əsas məqsədinin Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb, çıxarılması olduğunu anladığına yönəlik mesajlar verir:

 

“Yəni, Cənubi Qafqazda ABŞ və Qərbin Rusiyaya qarşı savaşı həlledici mərhələyə yaxınlaşmaqdadır. Ona görə də, Paşinyan hakimiyyətinin Kreml əleyhinə atdığı bütün addımların Ağ Evdə planlaşdırıldığı qətiyyən şübhə doğurmur. Paşinyan hakimiyyətinə təlimat verilib ki, Ermənistan KTMT-nın tərk olunması ilə bağlı prosesə start versin. Rəsmi İrəvan da məhz bu sifarişi icra edir.

 

Ancaq rəsmi İrəvan KTMT-dan çıxmaq prosesini birbaşa öz adından başlatmağa da cəsarət etmir. Ona görə də, Ermənistanın KTMT-dan çıxmasına çağıran müxtəlif qrupların yaradılmasına və onların vasitəsilə məsələni siyasi gündəmə yerləşdirməyə üstünlük verir. Bütün bunlar Paşinyan hakimiyyətinin Qərbdən gələn sirafişləri icra etmək qərarında olduğunu göstərir”.

 

Politoloqun sözlərinə görə, Ermənistanın KTMT-dan çıxması o qədər də asan məsələ deyil. Rusiyanın Ermənistana qarşı bir çox təsir mexanizmləri mövcuddur:

 

“Yəqin ki, Kreml ən böhranlı situasiyada həmin mexanizmləri hərəkətə gətirərək, Paşinyan hakimiyyətinə qarşı ciddi problemlər yarada bilər. Bütün bunları nəzərə aldıqda, Ermənistanın KTMT-dan çıxmaq üzrə prosedura start verməsi üçün ABŞ və Qərbdən ciddi təhlükəsizlik təminatı alması lazımdır. Müşahidələr rəsmi İrəvanın belə bir təminat almış ola biləcəyini düşünmək üçün əsaslar da yaradır. Çünki, Ermənistan rəsmiləri bir müddət öncə gələn ilin fevral ayında KTMT-dan çıxmaq üzrə prosedura start verəcəklərini bildirmişdilər. Üstəlik, bütün bunlar Paşinyan hakimiyyəti təmsilçilərinin Qərb emissarları ilə intensiv görüşlərindən sonra baş verməyə başlandı. Bu baxımdan, rəsmi İrəvanın Qərbdən verilən təlimatlar üzrə Ermənistan üçün olduqca təhlükəli bir geopolitik oyunun içərisinə girdiyini düşünmək olar”.

 

Yeganə


OXŞAR XƏBƏRLƏR

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan etdi

Ölkənin birinci bankı Kapital Bank 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabata görə bankın aktivləri 1 yanvar 2025-ci il tarixinə 11 milyard manat tə...

Şanxay limanı yük dövriyyəsinə görə liderdir

Şanxay limanı 2024-cü ildə yük dövriyyəsinə görə dünya liderliyini qoruyub saxlayıb.   Sfera.az bu barədə hökumətin ötən ilin işlərinin yekunlarını ə...

Keyt Middlton xərçəngə qalib gəldi

Martın 22-də xərçəng xəstəliyinə tutulduğu və kimyaterapiyadan keçdiyi açıqlanan Uels şahzadəsi Keyt Middlton müalicəsinin başa çatdığını və sağalma mərhələsind...

FORBES Heydər Əliyev Mərkəzindən yazdı - FOTOLAR

Dünyanın məşhur jurnalı “Forbes” jurnalı italiyalı heykəltəraş Canfranko Megiatonun Heydər Əliyev Mərkəzində keçirilən “Görünməyənin cizgiləri...

"Bu saziş regionda yeni gərginliyə səbəb olacaq" - Politoloq

ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi müzakirə obyektinə çevrilib. Bu addımın mümkün nəticələri gündəmdədir.   ...

Avtobus sürücüləri bu hallarda işdən çıxarılır - RƏSMİ

Avtobus sürücüləri, sərnişinləri daşıyan şəxslər olaraq, yollarda yüksək məsuliyyət daşıyır və xüsusi peşə tələblərinə uyğun gəlməlidirlər.   Sfera.a...