Logo

İranla Ermənistan arasındakı MÜƏMMALI MƏQAMLAR – Millət vəkili AÇIQLADI

İranla Ermənistan arasındakı MÜƏMMALI MƏQAMLAR – Millət vəkili AÇIQLADI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Millət vəkili, iqtisadçı Vüqar Bayramov İran-Ermənistan münasibətlərində maraqlı və müəmmalı olan bir sıra məqamlara toxunub.

Sfera.az V.Bayramovun şərhinə istinadən xəbər verir ki, II Qarabağ müharibəsindən sonra İranla Ermənistan arasında sürətli yaxınlaşma müşahidə edilir:

“İran hazırda Ermənistan ərazisi hesab edilən Qərbi Zəngəzurda konsulluq açan yeganə ölkədir. Həmçinin, İran Ermənistanın Azərbaycanla 2 kilometrlik sərhədində rəsmi nümayəndliyi olan yeganə ölkədir.  Ermənistanla ticarət dövriyyəsini 3 dəfə artırmağı hədəfləyən yeganə ölkə də İrandır. Tehran ticarət dövriyyəsini il ərzində 1 milyard dollara, daha sonra 3 milyard dollara çatdırmağa çalışır.

İran Ermənistanla iqtisadi əlaqələrini bu il 40 faizdən çox artıran yeganə ölkədir. Bu ilin 8 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 43 % artıb. İran Ermənistanın xarici ticarət dövriyəsində artıq ilk üçlüyə daxil olub. Tehranın istədiyi kimi ticarət dövriyyəsi 3 milyard dollar olarsa, o zaman İran Ermənistanın ən böyük ticarət tərəfdaşı olacaq”.

V.Bayramov onu da əlavə edib ki, bu ilin ilk 8 ayında İranla Azərbaycan arasında xarici ticarət dövriyyəsi 297 milyon 882 min dollar təşkil edib. 2021-ci ildə isə ticarət dövriyyəsi 440 milyon 810 min dollar idi.

Vasif,
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR