“Türkiyənin ardınca digər dövlətlər də Şuşada konsulluq açacaq” – RƏY

“Türkiyənin ardınca digər dövlətlər də Şuşada konsulluq açacaq” – RƏY

Ötən gün prezident Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında Türkiyənin Şuşada Baş konsulluq açacağını deyib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, Türkiyənin bu addımı İranın Qafan konsulluğuna cavabdır:

 

“Türkiyənin Şuşada konsulluq açması gözlənilən idi. Bu, Şuşanın əbədi təhlükəsizlik təminatı olmaqla yanaşı, bir sıra mətləblərə də aydınlıq gətirəcək. Bununla da bəzi güclərin, eyni zamanda Ermənistandakı bəzi revanşist güclərin Şuşa ilə bağlı çirkin niyyətlərinin üstündən xətt çəkilmiş olacaq.  Bundan sonra eyni addımı digər türkdilli dövlətlərin də atacağı istisna edilmir”.

 

Ekspert qeyd edib ki, Türkiyə ilə yanaşı bir sıra dövlətin də Şuşada  konsulluq açması isə Azərbaycanın Qarabağ bölgəsində müharibə riskini minumuma edirə bilər:

 

“Bu da bölgəyə qalıcı sülhü gətirəcək. Hesab edirəm ki, Şuşada konsulluğun açılması ilə şəhər turistik baxımından da vacib əhəmiyyətə malik yerə çevrilə bilər ki, bu da Azərbaycanın iqtisadi imkanlarını artırmış olar. Azərbaycanın isə Qarabağda nəzarəti tam şəkildə əlinə alması həm Zəngəzur dəhlizi üçün böyük imkanlar yaratmış olacaq, həm də dünyanın diqqətini regionumuza çevirəcək. Bu isə Türkiyə və Azərbaycanı, eləcə də müsəlman dünyasını özünə düşmən bilən, əvəzində isə Ermənistanla xoş münasibət quran İran üçün heç də arzu olunan hadisə hesab edilə bilməz”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR