Logo

Binəli Yıldırım Bakıda bu xəstəxanadadır - RƏSMİ

Binəli Yıldırım Bakıda bu xəstəxanadadır - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanaya yerləşdiriliblər və mütəmadi həkim nəzarəti altındadırlar.

Bu barədə Səhiyyə Nazirliyindən Sfera.az-a bildirilib.

Məlumata görə, onların vəziyyətləri qənaətbəxşdir, həyatları üçün hər hansı bir təhlükə yoxdur və yaxın saatlarda onların evə yazılacağı gözlənilir.

Xatırladaq ki, ötən gün B. Yıldırım Qarabağda yol qəzasına düşüb. Siyasətçinin içərisində olduğu avtomobil Cəbrayıldan qayıdarkən döngədə idarəetməni itirərək qəzaya uğrayıb. O, helikopterlə Bakıdakı xəstəxanaya çatdırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR