Logo

“Qardaşım, bu qızıldırmı?” – Ərdoğanla Əliyevin maraqlı dialoqu + VİDEO

“Qardaşım, bu qızıldırmı?” – Ərdoğanla Əliyevin maraqlı dialoqu + VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan və Türkiyə Prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında maraqlı dialoq yaşanıb.

Sfera.az xəbər verir ki, hava limanının açılış rəmzini bildirən lənti kəsərkən Türkiyə Prezidenti qayçının qızıldan olub-olmadığı ilə maraqlanıb.

Həmin dialoqu təqdim edirik:

Ərdoğan:  İlham qardaşım, bu qızıldırmı?

İlham Əliyev: Qızıla bənzəyir. Ancaq siz ki kəsəcəksiniz, qızıldan da qiymətlidir…

Ərdoğan:  Zəngilan hava limanımız öncə Azərbaycan, sonra dünya üçün xeyirli olsun.

Daha sonra Türkiyə prezidenti kəsilən lenti qayçıya dolayaraq, İlham Əliyevdən bunu “götürə bilərəm?” deyə soruşub. İlham Əliyev isə cavabında bunun “ gözəl bir xatirə” olacağını bildirib.

Daha sonra AZAL Prezidenti Cahangir Əsgərov Zəngilan Hava Limanının açarını Ərdoğana təqdim edib və onun qızıldan olduğunu qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR