Logo

“Prezidentimizi qarşılamaq üçün Qarabağdayıq” - Səfir

“Prezidentimizi qarşılamaq üçün Qarabağdayıq” - Səfir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Zəngilanda səfərdədir.

Səfir bu barədə məlumatı öz rəsmi tviter hesabında paylaşıb.

“Bu gün cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə azad Qarabağın ikinci aeroportu Zəngilan Beynəlxalq Hava Limanının açılışı olacaq. Prezidentimizi və nümayəndə heyətini qarşılamaq üçün Qarabağdayıq”, - deyə səfir qeyd edib.

Səfir, həmçinin səfərdən fotolar paylaşıb.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana rəsmi səfər edəcək. Ərdoğan səfər çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək.

“Prezidentimizi qarşılamaq üçün Qarabağdayıq” - Səfir
“Prezidentimizi qarşılamaq üçün Qarabağdayıq” - Səfir
“Prezidentimizi qarşılamaq üçün Qarabağdayıq” - Səfir

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR