Zəngilanda bərpa-quruculuq işləri uğurla davam edir

Zəngilanda bərpa-quruculuq işləri uğurla davam edir

44 günlük Vətən müharibəsində Azərbaycan tarixi ədaləti bərpa edərək, 30 ilə yaxın işğal altında qalan torpaqları düşmən tapdığından azad etdi. Bu gün Zəngilanın işğaldan azad olunmasından iki il ötür. 29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayon işğal olunmazdan əvvəl erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmış və on minlərlə insan həlak olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. İşğal zamanı Ermənistan silahlı qüvvələri tərəfindən  Zəngilandakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilmişdir. Ümumiyyətlə, 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, eyni zamanda həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktukturları dağıdılmış, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan dəymişdi.

 

Bu gün Zəngilanda Azərbaycan bayrağı dalğalanır. 

 


Azərbaycanın möhtəşəm qələbəsiylə başa çatan Vətən Müharibəsindən sonra ölkəmizdə  yeni dövr başlamışdır. Dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələr davamlı şəkildə icra olunur. Planlı şəkildə aparılan abadlıq-quruculuq işləri deməyə əsas verir ki, erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz əvvəlki görkəmindən də gözəl görünüşə malik olacaqdır. İki ilə yaxındır ki, ata-baba yurdumuzdan azan səsi gəlir, şanlı üçrəngli bayrağımız dalğalanır. Qarşıda duran əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin başa çatdırılmasıdır. 
Bu gün Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Məqsəd insanların rahat yaşayışını təmin etməkdir.  Hazırda Zəngilanda digər işğaldan azad edilmiş rayon və şəhərlərdə olduğu kimi yeni həyat başlayıb.

 


Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda möcüzələr yaradır. 30 il ərzində erməni barbarlarının dağıdıb viranəyə çevirdiyi yurd yerlərimiz başdan-başa tikinti-quruculuq meydanına çevrilib, cəmi iki il əvvələ qədər bir həyat nişanəsi belə tapmaq mümkün olmayan ərazilərimizdə həyat yenidən məcrasına qayıdır.
Azad edilən yurdlarımız gündən-günə dirçəldilir, müasir infrastruktur qurulur, "ağıllı kənd", "ağıllı şəhər"lər salınır. Artıq Qarabağ və Şərqi Zəngəzur nəhəng tunellərin çəkildiyi, dünya miqyaslı dəhlizlərin salındığı, beynəlxalq hava limanlarının tikildiyi, meqalayihələrin gerçəkləşdirildiyi unikal məkana çevrilir.
İşğaldan azad edilən tarixi torpaqlarımızda görülən bütün bu irimiqyaslı işlər birbaşa Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında həyata keçirilir. Hər zaman çıxışlarında "bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq", söyləyən İlham Əliyev bildirir ki, bu istiqamətdə qarşıya qoyulan bütün hədəflər təmin edilir. O cümlədən də 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış köçkünlərin qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün mühüm layihələr gerçəkləşdirilir.

 

Böyük qayıdış prosesinə məhz Zəngilanda start verildi. Cari ilin 27 may tarixində, Azərbaycan xalqının müstəqillik günü ərəfəsində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi baş tutdu. Birinci mərhələdə Yeni Ağalı kəndinə 41 ailə köçürüldü. Bu ailələr 29 il həsrətində olduqları doğma ata-baba torpağına geri dönmənin sevincini yaşadı. 

 

Təsadüfi deyil ki, Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi yaradılıb. Böyük rəmzi mənası olan bu fəvvarəni  Ali Baş Komandanımız cənab İlham Əliyev işə saldı.

 

Artıq Ağalı kənd meydanında "ASAN xidmət" mərkəzi, bank xidməti, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi, iki market, poçt məntəqəsi, kafe, çayxana, ət kəsimi məntəqəsi və digər xidmət sahələri fəaliyyət göstərir. 

 

Ağalı yalnız ölkəmizdə birinci "ağıllı kənd" olmağı ilə fərqlənmir, həm də bu, vətəndaşlarımızın xəyallarının gerçəkləşdiyi ilk kənddir. 65 evdə 325 sakinin məskunlaşdığı kənddə heç bir məşğulluq problemi yoxdur. 

 

Bir sözlə, Ağalıda həyat qaynayır, doğma yurd-yuvasına qayıdan sakinlər həm müəssisələrdə, ictimai-iaşə obyektlərində çalışır, həm də həyətyanı sahələrdə təsərrüfatla məşğul olurlar. Bütün bunlar onu deməyə əsas verir ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyat daha gözəl olacaq.

 

Yaxın günlərdə işğaldan azad olunmuş torpaqlarımızda ikinci Beynəlxalq Hava Limanı olan Zəngilan Beynəlxalq Hava Limanının Türkiyə və Azərbaycan liderlərinin iştirakı ilə açılışı gözlənilir. Şübhəsiz ki, hava limanı Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün xüsusi imkanlar yaradacaqdır.

 

Dövlət başçımızın işğaldan azad edilmiş ərazilərə səfərləri, ən qısa zamanda görülən işlər  belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qaynayacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək. Dövlət başçımızın dediyi kimi: «Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən şanlı Qələbəmiz bax, bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir”.

Zahid Nəzərov
Abşeron İcra Hakimiyyətinin əməkdaşı, 1-ci Qarabağ müharibəsi veteranı


OXŞAR XƏBƏRLƏR

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...

Renka oğlu ilə bağlı suala əsəbiləşdi - efirdən GETDİ - VİDEO

Rəqqasə Rəna Ağamuradova ( Renka ) efirlərin birində qonaq olub.   Sfera.az xəbər verir ki, o, verilişdə əsəbiləşib özündən çıxıb.   ...

Karqo partlayışlarının arxasında bu ölkə durur - Gizli "agent"lərdən istifadə olunub

Avropada son aylarda bir neçə şəhərdə göndərilən karqo bağlamalarında partlayıcıların olması aşkarlanıb. Aparılan ilkin araşdırma bu partlayıcıların Rusiyanın G...

Bakıda odlu silahlarla tutulan həkim azadlığa buraxıldı

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Uşaq ürək cərrahiyyə şöbəsinin rəhbəri olmuş Elnur Həsənov odlu silah və soyuq silah saxlamaq ittihamı ilə həbs edil...