Dünya Məktəbinin şagirdlərindən ətraf mühitin qorunması ilə bağlı UNİKAL SƏRGİ – FOTO/VİDEO

Dünya Məktəbinin şagirdlərindən ətraf mühitin qorunması ilə bağlı UNİKAL SƏRGİ – FOTO/VİDEO

 

Mayın 1-də Bakıda Beynəlxalq Bakalavriat proqramı ilə fəaliyyət göstərən Dünya Məktəbində xüsusi tədbir baş tutub. 

 

Sfera.az xəbər verir ki, məktəbin IV sinif şagirdləri tərəfindən hazırlanan PYP (Primary Years Programme) Sərgisi, gələcəyin düşünən, araşdıran və məsuliyyətli liderlərini bir araya gətirib.

 

Altı həftəlik intensiv hazırlıq mərhələsindən sonra baş tutan sərgidə şagirdlər əvvəlcə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (SDG) ilə tanış olublar.
 

Daha sonra hər bir şagird və ya şagird qrupu qlobal əhəmiyyətli bir problemi seçərək onu müvafiq SDG-lərlə əlaqələndirib və tədqiqat aparıb.
 

Təqdimatlar zamanı şagirdlər iqlim dəyişikliyindən plastik tullantılara, heyvanların hüquqlarının qorunmasından ətraf mühitin qorunmasına qədər müxtəlif mövzularda araşdırmalarını nümayiş etdiriblər. Təqdimatlar təkcə məlumat ötürmək məqsədi daşımayıb — şagirdlər problemin mahiyyətini izah etməklə yanaşı, konkret həll yolları da təklif ediblər.




 

Sərginin sonunda məktəb icması uşaqların hazırladığı rəqs və musiqi performansı ilə qarşılanıb, bu da tədbirə həm coşqu, həm də yaradıcılıq qatıb.

Dünya Məktəbində keçirilən bu PYP sərgisi, ibtidai sinif şagirdlərinin necə ciddi və qlobal düşünə bildiklərini nümayiş etdirməklə yanaşı, təhsilin praktikaya yönəlməsinin önəmini də bir daha göstərib.

 

 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...