Mənzillərin yarısı ipoteka krediti ilə satılır - "Kreditlə ev almaq qazanclıdır"

Mənzillərin yarısı ipoteka krediti ilə satılır - "Kreditlə ev almaq qazanclıdır"

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin ümumi məbləği 3,5 milyard manatı keçib. Bununla yanaşı, 549,4 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib və 6 977 mənzil kirayə əsasında vətəndaşlara təqdim olunub. Statistik məlumatlardakı dəyişiklik göstərir ki, əhali arasında ipoteka kreditlərinə tələbi ildən-ilə artır. 


Bəs tələbdəki artım nə ilə bağlıdır? 


Mövzu ilə bağlpı Sfera.az-a açıqlama verən əmlak eksperti Anar Nəsirovun sözlərinə görə, hazırda bazarda mənzil alıcılarının təxminən 55 faizdən çoxu ipoteka ilə ev alır.

 

Ekspert dedi ki, artımın əsas səbəbi ipoteka şərtlərinin sadələşdirilməsi və bankların kredit ayırmaqda daha maraqlı olmasıdır:

 

“Əvvəllər banklar ipoteka ilə mənzil satışına o qədər maraq göstərmirdilərsə, son illərdə bu vəziyyət dəyişib. Banklar indi həm daxili, həm də müxtəlif kredit variantları ilə alıcılara daha çevik imkanlar təqdim edirlər”, – deyə ekspert bildirib.

 


Ekspert əlavə edib ki, mənzil bazarında qiymətlərin sürətlə artması da vətəndaşları daha tez ev almağa sövq edir.


“Bu ay aldığın mənzili 6 ay sonra satsan, üzərinə azı 20 min manat qazanc əlavə etmək mümkündür. Alıcılar da, banklar da bu bazar dinamikasının fərqindədir. Bu səbəbdən kreditlə ev almaq həm risk hesab olunmur, həm də qazanc vəd edir”, – deyə Nəsirov vurğulayıb.


Ekspert söylədi ki, ipoteka kreditlərinə tələbi artıran digər bir səbəb isə daşınmaz əmlaka olan investisiya marağının artmasıdır: "Xüsusilə biznes adamları və investorlar həm nağd, həm də kreditlə mənzil alıb gələcəkdə qazanc əldə etməyə çalışırlar. Bəzən aldıqları evi 3-4 ay sonra 10-15 min manat fərqlə sataraq gəlir götürürlər”.


A.Nəsirov əlavə edib ki, cari ilin ilk yarısında mənzil qiymətlərində 8-10 faiz artım qeydə alınıb. Onun sözlərinə görə, ipoteka predmetinə çevrilən mənzillərdə daha çox hiss olunur: "Qiymətlər ona görə artır ki, bazarda tələb təklifi üstələyir. İpoteka ilə mənzil alanların sayı isə ildən-ilə artır. Ötən illə müqayisədə bu il ipoteka müraciətlərində kəskin artım müşahidə olunur”.


Bəsti Rəfizadə

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...