Prezidentdən mühüm AÇIQLAMA: "Zəngəzur dəhlizinin reallaşdırılması..."

Prezidentdən mühüm AÇIQLAMA:

"Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması regionu mühüm nəqliyyat-ticarət qovşağına çevirəcək".

 

Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə öz əksini tapıb.

 

"Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, burada dayanıqlı məskunlaşma, habelə bölgənin yenidən ölkəmizin inkişaf etmiş guşəsinə çevrilməsi qarşıda duran ən mühüm məqsədlərdəndir. Azərbaycan bütün gücünü bu ali məqsədin uğurla reallaşdırılmasına yönəldibdir. İşğaldan azad olunmuş ərazilərdə təhlükəsiz yaşayışın təmini, şəhər, qəsəbə və kəndlərin tikintisi, strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması, yerli və xarici dəyər zəncirlərinə inteqrasiya, habelə ətraf mühitin bərpası istiqamətində qabaqcıl nümunələr yaradılır. Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması isə regionu mühüm nəqliyyat-ticarət qovşağına çevirəcək. Bir sözlə, işğaldan azad edilmiş ərazilər sürətli şəkildə bərpa olunur, Böyük Qayıdışla bağlı hədəflərimiz uğurla reallaşdırılır", - müraciətdə qeyd olunub.


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov qərar imzaladı

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib. Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb. ...

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...