Kamran Əliyev Türkiyəyə getdi

Kamran Əliyev Türkiyəyə getdi

Türkiyənin Baş prokuroru Bekir Şahinin dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbul şəhərində işgüzar səfərə gedib.

 

Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Nümayəndə heyəti tərəfindən İstanbulda ulu öndər Heydər Əliyevin adına park ziyarət edilib, abidəsi önünə əklil qoyularaq ümumilli liderin xatirəsi ehtiramla yad edilib.

 

Səfər çərçivəsində İstanbul şəhər Baş prokuroru Şaban Yılmazla ikitərəfli görüş keçirilib. Kamran Əliyev hər iki ölkənin dövlət başçısı İlham Əliyev və Rəcəb Tayyib Ədoğanın sarsılmaz səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.

 

Baş prokuror Türkiyənin Bartın vilayətindəki kömür mədənində çoxsaylı insan tələfatı ilə nəticələnən partlayışla bağlı həmkarına başsağlığını ifadə edib. Ölkəmizin nümayəndə heyətini salamlayan İstanbul şəhər Baş prokuroru tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə olduğu kimi, qardaş ölkələrimizin prokurorluq orqanları arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.​ Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını ifadə edərək Şaban Yılmazın rəhbərliyi ilə nümayəndə heyətinin 2021-ci ilin noyabr ayında ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini qeyd edib.

 

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, ikitərəfli qarşılıqlı fəaliyyətin səmərəliliyindən danışılıb, Türk Dövlətləri Təşkilatının Baş Prokurorluları Şurası çərçivəsində əməkdaşlığın uğurla aparıldığı vurluğulanıb. İki ölkənin prokurorluq orqanları arasında ənənəvi münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov qərar imzaladı

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib. Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb. ...

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...